Gündəm

Deputatın “EMBAWOOD” şirkəti vətəndaşları necə aldadır? - İDDİA

MUMtv.az: - 70 saylı Masallı şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Məşhur Məmmədovun məşhur “Embawood” şirkəti ilə bağlı şikayətlər çoxalmaqdadır. Şirkətin istehsal etdiyi mebellərin keyfiyyətsiz olması ilə bağlı redaksiyamıza üz tutan vətəndaşlar aldıqları mebelləri geri qaytarmaqda çətinlik çəkirlər. Məşhur Məmmədova müraciətlər isə nəticəsiz qalıb. Məsələ ilə bağlı araşdırma aparan Reallıq.tv əməkdaşları Embawood şirkətinin Masallı və Xırdalanda yerləşən mərkəzlərində olublar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur.

Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə -Xırdalanda ikinci fabriki açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb.
2014- ci ildə Qazaxıstan mebel fabriki açıb.

Bu gün Embawood şirkrəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb..

Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.

Bu şirkətin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də xeyir-duası olub. Ancaq şirkətin əsl “patron”u deputat Məşhur Məmmədovdur.
Reallıq.tv – yə daxil olan məlumatda qeyd olunur ki, hazırda keyfiyyətsiz məhsulları ilə gündəm olan şirkətin mebelləri xarici ölkələrdən gətirilən mebellərlə yaxın qiymətlə bazara buraxılır.

Deputat Məşhur Məmmədovun şirkətindən narazı qalan işçilər də az deyil. Şirkətdə işlədiyi zaman xəsarət alan vətəndaşın mediada müraciətinin nəticəsiz qalması işçilərin hüquqlarının pozulmasını təsdiq edən faktdır.

Masallıdan deputat seçilən Məşhur Məmmədovun özüünə yaxın seçicilərlə arabir görüşməsi və bu görüşlərin sosial mediada işıqlandırılması sadəcə reklam xarakterlidir. Seçicilərinin problemlərinin həllində heç bir rolu olmayan Məşhur Məmmədovun özü üçün yaratdığı mediada yalan məlumatlar yayması diqqətdən kənarda qalmayıb.

Deputatın şirkəti ilə bağlı şikayətlərə münasibət öyrənmək üçün Embawoodla əlaqə saxlamağa çalışdıq. Şirkətdə zəngimizə cavab verən xanım suallarımızı deputata ünvanlamağı məsləhət bildi. Deputat isə telefon zənglərimizə cavab vermədi.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. //Reallıq.TV//


Son xəbərlər

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Bütün xəbərlər