Gündəm


“Sehrli Naftalan” müalicə müəssisəsində “sehrli əməllər” baş alıb gedir

MUMtv.az: - Yəni, əxlaqsızlıq əməllərinə həvəsi olan kişilər sanatoriyanın həyət-bacasında “yallı gedib” dövrə vuran, “məxməri baxışlar”ı ilə hər kəsi özünə cəlb etməyi bacaran qadınları istədikləri vaxt otaqlara aparır və onlarla minbir hoqqalardan da çıxırlar

Ölkəmizin müxtəlif ərazilərində, daha çox dağlıq rayonlarda, bəzi şəhərlərin ərazilərində fəaliyyət göstərən sanatoriyaların, ayrı-ayrı müalicə müəssisələrinin və s. olduqca böyük əhəmiyyətə malik olmaları hər kəsə bəlli olan həqiqətlərdir.

Qərar.az atvxeber.az-a istinadən bildirir ki, bu sırada respublikamızın qərb bölgəsində yerləşən və dünya əhəmiyyətli unikal müalicəvi kurortlarının, yeganə müalicəvi naftalan neftinin varlığı ilə adı dillər əzbəri olan Naftalan şəhəri, bu gün də nəinki ölkəmizin hüdudlarında, hətta onun hüdudlarından çox-çox uzaqlarda da məşhurdur. Düzdür, bu şəhərin əhatə etdiyi ərazilərdə bir neçə sanatoriyalar fəaliyyət göstərir və onlardan biri də “Sehrli Naftalan” sanatoriyasıdır. Unutmaq olmaz ki, bu sanatoriyanın fəaliyyəti ilə bağlı gecə-gündüz geninə-boluna təbliğat işləri aparılsa da, reklam lövhələrində “bəy tərifləri” yazılsa da, əslində bu burada ab-hava tamam fərqli formadadır. Çünki, belə bir atalar məsəli var: “Yüz eşitməkdən bir görmək yaxşıdır”. Bəli, bu sanatoriyada gözlərimizlə gördüklərimizə, qulaqlarımızla eşitdiklərimizə mat-məəttəl qaldıqdan sonra o halda dərk etdik ki, səndemə “Sehrli Naftalan” müalicə müəssisəsi “sehrli əməllərə” qol qoyulan bir ünvandır. Məsələn, bu sanatoriyada heç bir mühafizə xidməti yoxdur, sanatoriyaya hansı şəxsin gəldiyini, hansı şəxsin getdiyini və s. dəqiqləşdirmək üçün heç bir kamera quraşdırılmayıb. Belə bir səbəbdən də, bu müalicə müəssisəsində əxlaqsızlıq əməlləri baş alıb gedir. Yəni, bu cür çirkin işlərə həvəsi olan kişilər sanatoriyanın həyət-bacasında “yallı gedib” dövrə vuran, “məxməri baxışlar”ı ilə hər kəsi özünə cəlb etməyi bacaran qadınları istədikləri vaxt qaldıqları otaqlara aparır və həmin qadınlarla minbir hoqqalardan çıxırlar. Söz yox ki, belə bir hoqqalar müəyyən məbləğ pul vəsaitlərinin qarşılığında həllini tapır. Yəni, bu sanatoriyada bir nəfər bir kimsədən soruşmur ki, bu qadın kim idi, hardan gəlib, hara gedir? Bir sözlə, “Sehrli Naftalan” müalicə müəssisəsi, əslində müalicə müəssisəsi deyil, ən böyük əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir.

Bundan əlavə, “Sehrli Naftalan”da yaşanan biabırçılıqlardan biri də, burada çalışan qadın işçilərdən tam əksəriyyətinin heç bir tibbi təhsilə malik olmamalarıdır. Məsələn, redaksiyamıza daxil olan məlumatlara görə sanatoriyaya rəhbərlik edən şəxsin yaxın qohumu (Fərqanə xanım, ad şərtidir) bu ünvanda xəstələrə fizioterapiya xidməti göstərir və həmin xanım Gəncə şəhərindəki təhsil müəssisələrindən birində müəllimə də işləyir. Sual oluna bilər ki, axı dövlət və ya qeyri-dövlət qurumlarında çalışan şəxslər bu sanatoriyaya müayinə və müalicə olunmaq məqsədilə üz tuturlar və bu ünvanda çalışanlardan tam əksəriyyətinin heç bir tibbi təhsilləri yoxdursa, o halda onlar xəstələri necə müalicə edə bilərlər? Diqqəti cəlb edən hallardan biri də, “Sehrli Naftalan”da ödənilən ödənişlərə görə bir kimsəyə heç bir ödəniş qəbzinin verilməməsidir. Daha bir biabırçılıq isə, bu ünvanda xəstələr xüsusi vannalarda naftalan neftini qəbul edərkən, bir xəstənin qəbul etdiyi nefti digər xəstənin də qəbul etməsi olur. Belə bir addımın atılması, bu sanatoriyada müayinə və müalicə olunan xəstələr arasında daha çox dəri və keçici xəstəliklərin yayılmasına yollar açır. Elə ki, “Sehrli Naftalan”a müayinə və müalicə olunmaq məqsədilə xəstələr üz tuturlar və onlar rəhbərlikdən normal şəraiti olan otaq istəyirlər, o halda “Heç də darıxmayın, sizə bir-iki günə lazımi şəraiti olan otaq verəcəyik” deyə vəd versələr də, son anda rəhbərlikdə olanlar verdikləri vədlərinə “fıs çıxırlar”. Yaşlı insanların əllərində “padnos” ayaqüstə durub yemək götürmələri, işçilərlə rəhbərlik arasında əmək müqaviləsi sənədinin olmaması, sanatoriyanın otaqlarında antisanitariyanın tüğyan etməsi və s. kimi problemlərin varlığı da başqa bir söhbətin mövzusudur.

Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, isti yay günlərində ölkəmizin ərazisində fəaliyyət göstərən bir çox sanatoriyalara, o cümlədən “Sehrli Naftalan” sanatoriyasına da həm yerli, həm də əcnəbi vətəndaşlar üz tuturlar və onlar bu ünvanda yaşanan hər cür biabırçılığı, məhz öz gözləri ilə görürlər. O halda sual oluna bilər ki, görəsən həmin şəxslər bu ünvanda baş verənləri görüb eşitdikcə bizim ölkəmiz haqda nə düşünürlər? Deməli “Sehrli Naftalan” sanatoriyasında vəziyyətin belə iyrənc, dözülməz həddə gəlib çatmasında bir çox vəzifə sahiblərinin, ələlxüsus yerli hüquq-mühafizə orqanları əməkdaşlarının da üzərinə böyük məsuliyyət yükü düşür. Odur ki, bu müalicə müəssisəsində baş verən “sehrli əməllər”i təhlil edib belə qənaətə də gəlmək olar ki, bu cür çirkin işlərə, qanunsuzluqlara cavabdehlik daşıyanlar ya üzərinə düşən vəzifələrini yerinə yetirmək istəmirlər, ya da ki, yerinə yetirə bilmirlər. Deməli, ...
Mövzuya qayıdacağıq. Bizi izləyin.//Qərar.az

Son xəbərlər

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bütün xəbərlər