Gündəm

"KapitalBank"ın  sərsəm  qaydaları...

MUMtv.az: - Allahın verdiyi hər gün sosial şəbəkələrdə "Kapital Bank"ın xidmətləri və çalışanları haqqında şikayətlər görürük. Hələ bəzi məmurların fəaliyyətinə, daha doğrusu fəaliyyətsizliyinə "güzgü" olduğuna görə, adına "rekert", "qarayaxma", "böhtan" deyib, ciblərinə gedən yoldan qaldırmaq üçün, haqqında yeni qanun layihəsi hazırlanan və qəbul edilən müstəqil medialarda yayılan məlumatları demirik.

Söhbətimizin əvvəlində də vurğuladığımız kimi, Allahın verdiyi hər gün, sosial şəbəkələrdə narazı vətəndaşlar tərəfindən yaradılmış "şikayət" qruplarında ən azı 1-2 vətəndaş şikayətinə rast gəlinir.

Yenə də şikayət var. Bu dəfə isə hər hansı bir vətəndaşın deyil, məhz "DogruXeber.az" informasiya portalının öz əməkdaşının başına gələnləri, daha doğrusu sözügedən bank tərəfindən başına gətirilənləri danışacağıq.

Belə ki, əməkdaşımızın "Kapital Bank"a kredit borcu var. Hər ay maaş kartından o borc silinir. Bu normaldır. Amma, bu ay əməkdaşımız krediti nəğd pul olaraq, "birbank" mobil tətbiqi vasitəsilə ödəyib. Bundan sonra həmin "Kapital Bank"ın maaş kartına da əlavə olaraq nəğd pul köçürülüb. Karta pul köçürülən kimi, bank onu da kredit borcuna görə silib. Kartda olan məbləği çıxıb , əlavə olaraq, (-54) AZN yazaraq, borc göstərib. Belə olan halda aydın olub ki, bank mobil tətbiq vasitəsilə olan ödənişi görməyib. Dərhal əməkdaşımız vacib pul lazım olduğu üçün sözügedən bankın "196" qaynar xətt xidməti ilə əlaqə saxlayıb. Telefona cavab verən və özünü təqdim etməyən operator oğlan, əməkdaşımızın şikayətini dinləyib. Başına gələnlər səbəbindən həyəcanlı danışan əməkdaşımıza, - "Səsinin tonunu aşağı sal. Tez mümkün deyil. Bir iş günü ərzində düzələcək." - deyib, telefonu kənara qoyub.

Onsuz da bankın yaratdığı problem üzündən əsəbi olan əməkdaşımızı, operatorun bu tonda danışığı və cavabı, üstəlik də dəstəyi kənara qoyması daha da hiddətləndirib.

Təkrar qaynar xəttə zəng etdiyində artıq, başqa operator cavab verib və bildirib ki, heç də ondan əvvəlki operatorun dediyi kimi deyil. Gedib pulunu 'bankomat"dan həmişəki qaydada götürə bilər.

Operator xanımın bu cavabından təsəlli alıb sakitləşən əməkdaşımız, sevinə-sevinə kartı "bankomat" daxil edib. Amma...

Sən demə bankın "mehriban" əməkdaşı da əməkdaşımızı beləcə yola veribmiş.

Əmək haqqları, pensiya və digər bir çox ödənişlərin ödənilməsində vasitəçi olaraq qazanan, üstə gəl hər xidmət üçün, kartımızın balansından istifadə etdiyimiz məbləğin 1 %-ni də çıxan, yəni bir sözlə bizim pulumuzla fəaliyyət göstərən bankın əməkdaşlarının bizə qarşı bu cür kobud, mədəni və etik qaydalara zidd şəkildə rəftarı onu göstərir ki, bəzi məmurlar kimi, onlar da bizim pulumuzla harınlayıb, bizə qənim kəsilirlər.

Sözügedən bank haqqında hər gün dərc edilən, yayımlanan şikayətlərin hamısı da, bu cür özbaşına əməkdaşların "əməyi"nin nəticəsidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər