Gündəm

Türkiyə nə üçün Azərbaycanın mobil operatorlarını bloklayıb? - İLGİNC

MUMtv.az: - “Hazırda işlərimlə əlaqədar olaraq İstanbuldayam. Əvvəllər burada yaşasam da, heç vaxt belə bir problemlə qarşılaşmamaışam. Mən rominq xidmətini Azərbaycanda aktiv edərək İstanbula gəldim və burada işlərimlə əlaqədar xidmətdən istifadə etməyə çalışdığım zaman xidmət işləmədi. “Azercell” səhifəsinə daxil olmaq istəyəndə isə sistem donur və əlaqə yaratmaq mümkün olmur. Daha sonra “Bakcell” və “Nar Mobile” səhifələrinə daxil olmaq istədikdə də bu kimi hallar təkrarlanır”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada jurnalist-bloger Ceyhun Abdulla söyləyib
Ceyhun Abdullanın sözlərinə görə yerli mobil operatorlarımız xarici ölkələrdə rominqin tətbiqində yaranan problemləri kiber hücumlarla əlaqələndirirlər:

“21-ci əsrdə mobil operatorlarımızın kiber hücumların həllində acizlik nümayiş etdirməsi biraz gülməli səslənir. Çox acınacaqlı vəziyyət burasındadır ki, mobil operatorlarımız icra edə bilmədikləri xidmətə görə nə vətəndaşa təzminat ödəyir, nə də xarici ölkədə qarşılaşdığımız bu problemi necə həll edə bilməyimizlə maraqlanırlar.

Mənim mühasibatlığım və “Asan imzam” birbaşa olaraq mobil operatoruma bağlıdır. Yəni telefonuma mesajla xəbərdarlıq və ya kod gəlməsə heç bir əməliyyat icra edə bilmirəm. Həmçinin bank kartımla alış-veriş və geri dönüş etmək üçün bilet almaq istəyirəm. Bu zaman əməliyyatı icra etmək üçün telefonuma təsdiq üçün sorğu gəlməlidir, lakin rominq işləmədiyi üçün heç bir əməliyatı icra etmək mümkün olmur. Bir sözlə xaricdə xidmət göstərə bilməyən mobil operatorlarımız bizi blokada vəziyyətində saxlayırlar”.

Problemlə bağlı Azercell-dən isə bildirilir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb:

“Müvafiq dövlət qurumunun bu xəbərdarlığını nəzərə alaraq, “Azercell Telekom” MMC Respublikamızın hüdudlarından kənarda “Azercell” sistemlərinə qoşulmaları müvəqqəti olaraq məhdudlaşdırıb. Bu səbəbdən də xaricdə olan Azercell abunəçiləri “Kabinetim” proqramına, internet səhifəmizə və digər elektron resurslarımıza rominq üzərindən mobil internet vasitəsilə qoşula biləcəklər”.

Mövzu ilə bağlı digər mobil operatorların da mövqeyini dərc etməyə hazırıq.


Son xəbərlər

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

Bütün xəbərlər