Gündəm


Prezident Administrasiyasının qəbul qadağaları - İşgəncə görən Qarabağ qazisinin Fuad Ələsgərovun, Gündüz Kərimovun qəbuluna qadağa qoyulub


Nizami polisinin 24-cü Polis Şöbəsinin 66 yaşlı 1-ci dərəcəli Qarabağ qazisinə qoluqandallı işgəncə verib, 9 qabırğasını sındırmasına, ağ ciyərində hematoma əmələ gətirməsinə , açıq -qapalı kəllə beyin travması kimi ağır xəsarətlər yetirməsinə, tibbi yardıma, astma dərmanından belə istifadə etməsinə qadağa qoymasına şikayətini və ekspertiza rəyini alan Nizami prokurorluğu , hərəkətsizliyindən şikayət verilən yuxarı prokurorluq orqanları nəinki hüquqi qiymət verir, əksinə, cinayəti ört-basdır edirlər. Elə Ombudsman kimi. Elə bil nə mən olmuşam, nə məhkəmə qərarı olmadan izlənmişəm, nə qatı cinayətkar kimi barəmdə sahə müvəkkili Elçin İslamov “donos” yayıb, nə 2 sutka yaralı durumda işgəncə kamerasında saxlanmışam, nə evimdən kompüter oğurlanıb . Heç müstəntiq Qalib Kərimli də olmayıb, işgəncə kamerasına Xətai məhkəməsinin keçmiş hakimi Raziyə Ataşovanı da gətirməyib, bu başabəla hakim də müstəntiqlə birlikdə yazdıqları üzləşmə protokolunda üzümə durmayıb ki , mənə icra vərəqi verməyib, axı icra vərəqi tələbkara yox, ( Xətai və Nizami ) icra şöbələrinə verilir . Raziyə Ataşovanın ikiqat məsuliyyət daşıması - həm yalan ifadə verməsi, həm də məhkəmə qərarı olmadan həbsdə saxlanmağım cinayətini bilib xəbər verməməsi “xüsusatları” da təsdiqini tapmayıb. Heç indiki hakim Nigar Qədirli də, ona əmlakımı oğurlamağa təqdimat yazan prokuror Pərviz İbayev də olmayıb. İşgəncəgörən 1-ci dərəcəli Qarabağ qazisinin qoluqandallı rentgen müayinəsini həyata keçirən Sabunçu rayonu , 3 saylı xəstəxanada olması da uydurmadır, DİN-in qospitalında rentgen müayinəsindən keçməsi də. Heç Səhiyyə Nazirliyinin Nizami rayon məhkəmə -tibbi eksperti də prokurorluğa ağır xəsarətlər barədə rəy verməyib. Hamısı yalanmış, “xüsusatlar”ın təsdiqini tapmadığını” Bakı şəhər Baş Polis İdarəsinin təşkilat inspektor idarəsi (Bəkir Sarıyev), Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “təsdiq edib”.
Bəs ölkənin 1-ci şəxsləri, bəs baş prokuror, Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov nə deyirlər ? İşgəncə kamerasından çıxan kimi PA-nın 1111 çağrı mərkəzinə cavab olaraq Prezident köməkçisinin qəbul limitinin ildə iki dəfə, yəni altı aydan bir olduğunu dedilər. Aprel ayında qəbulda olduğumdan, lap işgəncə olmasın, ölüm olsun, Fuad Ələsgərovun qəbul limiti bitib! (?) 1111-dən məktubla müraciət etməyimi məsləhət gördülər.
1-ci vitse-prezidentin katibliyindən sayğı ilə davranıb, yaralı durumda qəbula gəlmək əvəzinə, məktubla Prezident Administrasiyasına müraciət etməyi dedilər. 12 sentyabr 2022-ci ildə həm 1-ci vitse-prezidentə, həm də Prezidentə (köməkçisi Fuad Ələsgərova) xəbərnaməli məktub göndərib, sentyabrın 14-də məktubun çatdırılması barədə bildiriş teleqramı aldım. Sən demə, bu “xüsusatlar” da təsdiqini tapmayıbmış”. 14.12.2022-ci ildə 1111-ə zəng edəndə həm Prezidentin (köməkçisi Fuad Ələsgərovun ), həm də 1-ci vitse-prezidentin katibliyindən sentyabr ayında onlara məktub daxil olmadığı bildirildi. Bu necə ola bilər , axı məktubun PA-ya çatdırıldığını poçt şöbəsi təsdiq edib! ? Belə çıxır, məktub PA-ya çatandan sonra itirilib, aidiyyatı üzrə verilməyib. Görəsən, polis işgəncəsini gizlədib “ayı xidməti” göstərən sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri Süleyman İsmayılovun özüdür, yoxsa köməkçiləri? Nə bilim?
13.09.2022-ci ildə online rejimdə PA-nın saytı ilə Fuad Ələsgərovun 15 sentyabrda olacaq qəbuluna yazırdım. 1111-ə zəng edəndə isə əks - əlaqə ilə qəbula yazılmaq təsdiqlənməsə, PA-nın Vətəndaşların qəbulu mərkəzinə getməyi məsləhət gördülər . Mərkəzin 39-cu zalında adını deməkdən imtina edən xanım ( qeydiyyat otağında Səmayə Əliyeva olduğunu açıqladılar) qəbula bir gün qalmış yazılmaya qadağa qoyulduğunu deyib, 1111-i suçladı. Nə qədər əlillərin növbədənkənar qəbul olunduğunu desəm də, limitin dolduğu əsası ilə qəbula qadağa qoyuldu. Hətta yazılı müraciətimi də qəbul etmədi ki, poçtla göndərməliyəm. Poçtla göndərilənlərin it-bata salındığını deyəndə, başqa “xüsusatlar”ın mümkün olmadığı cavabını aldım. PA Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovun 23 dekabrda olacaq qəbuluna da anonimliyini inadla saxlayan xanım Səmayə Əliyeva qadağa qoydu ki, qanunvericiliyə və hüquqa tüpürməklə bağlı şikayətlərin Gündüz Kərimova aidliyi yoxdur. Belə başa düşdüm ki, polis özbaşınalığından şikayətləri qəbul şöbəsi kiminsə göstərişi ilə ört-basdır edir. Kimin? Nə bilim?
Bəs VK -nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun DİN-dən əməkhaqqı almasına, məhkəmələrlə qeyri-prosessual münasibətə girərək, 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasına kim baxmalıdır? DİN -də vəkil ştatı var? Əlirza Həbilov etibarnaməsi olmadan DİN-in vəkili və nümayəndəsi kimi məhkəməyə təzyiqinə hüquq qiymətini kim verməlidir? PA-nın qanunvericilik və hüquq siyasəti şöbəsinin müdirinin vəkil -məhkəmə dələduzluğuna baxmadığı cavabı ilə yola salındıq. Heç sosial təminat hüququna inzibati-məhkəmə qadağasına da Aparatda baxan olmadığı, ƏƏSM nazirinin qəbuluna getməyi məsləhət verməklə cavab verildi. Bir daha qanunsuzluğun başında hüququn “başına çatı salan , oyun açan” PA-nın dayandığına əmin oldum. Bir daha əmin oldum ki, polis istənilən yerdə, istədiyi anda qollarımı qandallayıb işgəncə verər, sorğu – sual edən də olmaz.
Yaxşı ki, 1-ci vitse-prezident , xanım Mehriban Əliyeva var! 1111-ə 1-ci vitse-prezidentin katibliyinə zəng edib, qısa bilgi verən kimi, anında qəbula yazdılar və dinləyib 10 günə tədbir görüləcəyini dedilər. Gözləyək. ..
MƏĞRUR BƏDƏLSOY

Prezident Administrasiyasının qəbul qadağaları - İşgəncə görən Qarabağ qazisinin Fuad Ələsgərovun, Gündüz Kərimovun qəbuluna qadağa qoyulub

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər