Gündəm

Azərbaycanda 11 dövlət qurumu vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər
Martın 9-da Milli Məclisin iclasında Ombudsman Səbinə Əliyeva 2020-ci il üzrə illik məruzəsini təqdim edərkən dövlət orqanları tərəfindən vətəndaşların ölkədən çıxışına qadağa qoyulması praktikasından da danışıb. O təklif edib ki, vətəndaşın ölkədən çıxışına məhdudiyyət yalnız məhkəmə qərarı əsasında qoyulmalı və bu barədə həmin şəxsə bildiriş göndərilməlidir.

Qeyd edək ki, bu məsələ ölkədə narazılıq doğuran problemlərdən biridir. Müxtəlif dövlət qurumları vətəndaşları bilgiləndirmədən, məhkəmə qərarı olmadan onların ölkədən çıxışına məhdudiyyət tətbiq edir. Şikayətlərə isə bir qayda olaraq, əhəmiyyət verilmir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, problem bir neçə ildir mövcuddur və tənqidlərə rəğmən aradan qalıdırılmır:

"Ötən müddət ərzində bu istiqamətdə hər hansı irəliləyiş müşahidə olunmayıb. Hazırda "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na görə, 11 dövlət qurumu vətəndaşın ölkədən çıxışına qadağa – STOP tətbiq edə bilər. Yalnız borcu olanlarla bağlı tətbiq olunan qadağanı qabaqcadan öyrənmək mümkündür. Digərləri isə adətən sərhədi keçərkən, pasport yoxlaması zamanı qadağa ilə bağlı məlumat əldə edirlər”.

Osman Gündüz qeyd edib ki, Ombudsmanın təklifi aktualdır və faydalıdır: "Ümid edirəm, "e-Gov”a cavabdeh qurum və aidiyyəti qurumlar bildiriş sistemini tez bir zamanda hazırlaya biləcəklər”.

Jurnalist Pərviz Həşimli 2017-ci ildə Gəncədə baş verən hadisələrə görə məhkəmə qərarı olmadan onun ölkədən çıxışına qadağa qoyulduğunu söyləyir:

"Yalnız ölkədən çıxarkən, sərhəddə bu qadağadan xəbər tutdum. Prokurorluğa müraciət etdikdə məlum oldu ki, sözügedən olaylara görə şahid qismində istintaqa dəvət olunmuşam. Mən bu məsələni məhkəmə müstəvisinə daşıdım, yerli instansiyaların heç biri şikayətimi təmin etmədi. Avropa Məhkəməsinə müraciət etdikdən sonra hökumət təzminat və barışıq təklif etdi”.

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov isə "Press Klub”a bildirdi ki, ümumiyyətlə, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması hüquqi baxımdan əsassızdır:

"Belə bir məhdudiyyətin məhkəmə qərarı olmadan tətbiq edilməsi isə yolverilməzdir. Çünki bu məsələ insanın hərəkət azadlığı ilə bağlı məsələdir və onun məhdudlaşdırılması Konstitusiyanın 25-ci maddəsinin III hissəsinə və Azərbaycanın qoşulduğu müvafiq beynəlxalq konvensiyalara ziddir. Həmçinin, Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz”.

Ekspert qeyd edir ki, hüquq və azadlıqların məhdudlaşdırılması müstəsna hallarda tətbiq edilməli və dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır:

"İndiki halda nə belə müstəsnalıq, nə də belə mütənasiblik var. Hazırda icra hakimiyyəti strukturuna daxil olan 11 dövlət qurumunun insan hüquqları ilə bağlı belə məhdudiyyətlər müəyyən etmək səlahiyyətinin olması və bu məhdudiyyətlər siyahısının xeyli genişliyi isə yaxşı olmayan vəziyyəti bir qədər də pisləşdirir. Ona görə də hesab edirəm ki, bu cür məhdudiyyətlərə yenidən baxılmalı, məhdudiyyətlərin böyük əksəriyyəti ləğv olunmalı və tətbiq edilə biləcək məhdudiyyətin hər biri məhkəmə qaydasında edilməlidir”.

Son xəbərlər

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər