Gündəm

Qarabağ qaziləri Nizami RİH-in satdığı otaqlarına YÜRÜŞ EDƏCƏKLƏR

MUMtv.az: - Xətai məhkəməsinin 26.05.2009 tarixli və 21.06.2011 tarixli iki qətnaməsi ilə Qarabağ qazisinə sahibkarlıq məqsədilə ilə verilən otaqları borclular ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil cinayətkar dəstə şəklində məhkəmənin qərarından iki il sonra saxta şəhadətnamə ilə ələ keçirib satmalarına 13 ildir hüquq qiyməti verilməsi təmin olunmur. 13 ildə hər həftə, hər ay məhkəmə, icra və qanunvericilik hakimiyyətinə, baş prokurora, yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinə, Bakı şəhər prokurorluğuna,  Xətai və Nizami prokurorluqlarına, DİN-ə, MTN-ə  (hazırda DTX) minlərlə müraciət edilsə də, yazılmamış reket qanunları yazılı qanunlardan, məhkəmə qərarından, Konstitusiyadan da üstün olub! Son 40 gündə 3 dəfə baş prokurorluğun 161 qaynar xətti şikayəti qeydə alsa da, heç bir tədbir görməyib. Daha doğrusu, korrupsioner əmlak dələduzları korrupsiyaya qarşı mübarizə idarəsinin şikayəti araşdırmasına qadağa qoyublar. Elə 10 il qabaq olduğu kimi. Təsəvvür edin, baş prokurorluğun istintaqa nəzarət idarəsinin rəisi, rəis müavini (Elman Əliyev) onlarla məktubla bildirib ki, Nizami RPİ-nin hansısa təhqiqatçısının qərarı ləğv edilib, amma indiyədək nə polisin qərarı verilib,  nə prokurorluğun. Hətta 24 PB-nin təhqiqatçıları Mehbalı İslam oğlu Rzayevə, Cəmil Əkbərova qarşı məhkəməyə edilən şikayətlərə də baxılmayıb. Nizami məhkəməsinin hakimi Ziya Əliyevin məhkəmə qərarının icra olunmamasına görə cinayət işinin başlanmasından imtina edən 17.05.2013 tarixli qərardadını Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Məmməd Məmmədov, Natiq Abbasov və Mədinə Bağırova) 11.07.2013 tarixli 8 (103)-246 /2013 saylı qərardadla ləğv edib Nizami məhkəməsinə qaytarsa da, 9-cu ildir rayon məhkəməsi yuxarı instansiyanın göstərişinə əməl edib, şikayətə yenidən baxmayıb. Belə məhkəmə təminatsızlığı ilə nəyə nail olmaq olar? Məhkəmədən söz düşmüşkən, Nizami məhkəməsinə 21.04.2021-ci ildə Bəhruz Nuriyev -10a ünvanında yerləşən “Kapitalbank”ın Nizami filialına qarşı “istehlakçı hüquqlarının müdafiəsi və məhkəmə təminatı hüququna qadağa qoyulması haqqında” iddia ərizəsinə 9 ay keçməsinə baxmayaraq, hələ də baxılmayıb. Amma iddia ilə həmin ünvandakı məhkəmənin 13 il qabaq verdiyi otaqlardan istifadə etməsinə qoyulan qadağanın götürülməsi tələbi 1-ci dərəcəli Qarabağ qazisinə baha başa gəlib. Əmlak reketləri qapısı 13 ildir bağlı olan, RİH başçısının makler – sürücüsü Ceyhun İsmayılovun 0556792020 nömrəsi ilə icarə elanı vurulan otaqların qapısı dəyişdirilərək  yeni şüşəli qapı qoyub, ofisdə məskunlaşıblar. 161, 961, 102 qaynar xəttinə şikayətlər də sonuc verməyib. Qarabağ qazilərinin 3 dekabr- Beynəlxalq Əlillər,  10 dekabr - Ümumdünya insan hüquqları və 24 dekabr -Prezidentin doğum günündə on qazinin iştirakı ilə məhkəmə qərarı ilə verilən əmlaklarının qapısından girməsini BŞİH məsləhət görməyib, Bakı şəhəri Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi, polis polkovniki  Sərdar Səfərov öncə mülki xarakterli olması nədəni ilə məhkəməyə müraciət etməyi məsləhət görüb, məhkəmə qərarlarının icrası məqsədilə yürüş təşkil edildiyini bildirəndə isə 29.12.2021 tarixli məktubla Nizami RPİ-nin rəisi, polis polkovniki Ziya Əliyevə müvafiq tədbirlərin görülməsini tapşırıb. Onu da vurğulayaq ki, 9-10 il qabaq Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmov Nizami RİH-in 1-ci müavini Qərib Məmmədovu və tələbkar qazini qəbul edib, sahə müvəkkili Elçin İslamova tapşırıqlar versə də, tələbkarın qanuni hüququ təmin olunmayıb. Digər rəis Ədalət Abbasov da tezliklə DİN-in Qarabağ əlilini əmlakına qovuşduracağına söz versə də, beş illik rəisliyi dönəmində sözdən işə keçə bilməyib.  Yeni polis rəisinin də nəsə etmək fikrində olmadığını gedişat doğrulayır. Deyəsən, prokurorluq kimi, polis də  qanunun aliliyi, hüququn üstünlüyünə yox, qanunsuz göstərişlərə boyun əyirlər. Qarabağ qazilərinin isə  gözləməyə nə həvəsləri var, nə də vaxtı. 13 ildir gözləyə-gözləyə qalsalar da, QANUNUN ŞAH OLMASINI GÖRƏ BİLMƏYƏN Qarabağ qaziləri 11.01.2022-ci ildə on nəfərlik qazinin iştirakı ilə Nizami RİH-in qarşısından məhkəmənin verdiyi,  məmurların zəbt etdiyi Bəhruz Nuriyev -10 ünvanında yerləşən otaqlara yürüş edib, məhkəmə qərarı ilə girmək haqqında xəbərdarlıq ediblər. Mülki xarakterli olduğundan polisin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və hüquqa mane olmaq hüququ yoxdur. Elə qazilərin əmlaklarına yiyələnmələrinin başqa yolu da yoxdur.(hurriyet.az)

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər