Gündəm

Fətəli Abdullayev, Sərdar Əliyev mənzilləri, torpağı rüşvətlə satıblar...
 "AMEA işlər idarəsinin başlıca işi alimlərin sosial, mənzil -məişət, əmək(haqqı) problemlərini çözməkdir. Nə yazıq, indiyədək bu çözmədən işlər idarəsi rüşvət əldə etmək amacı ilə yararlanıb. Akademik Akif Əlizadənin prezidentliyi dönəmində isə rüşvətin aliliyi-korrupsiya qüvvəyə mindirilib". Bu barədə jurnalist Məğrur Bədəlsoy DİA.AZ-a göndərilən məqaləsində qeyd edir.

Məqalədə daha sonra bildirilir: "Təsəvvür edin, AMEA-nın Yasamal rayonundakı Şərifzadə küçəsində yerləşən gənc mütəxəssislərə ayrılan yataqxanası tamamilə AMEA-ya aid olmayan şəxslərə satılıb və bu nədənlə AMEA-nın balansından çıxarılıb. Həmin ünvandakı aspirantlar yaşayan yataqxananın yerində tikilən evdən isə eks-işlər müdiri Fətəli Abdullayev ( və müavini Sərdar Əliyev ) nəinki özlərinə, hətta sürücülərinə də 150 kvadratmetr civarında mənzil təminatını unutmayıblar. Təbii ki, eks- AMEA prezidenti və vitse-prezidenti İbrahim Quliyev və sürücüləri də unudulmayıb. Zavallı yataqxana sakinləri isə hələ də küçələrdədir.

Bu sətirlərin yazarı Qarabağda döyüşlərdə olarkən kimya doktoru həyat yoldaşı iki körpə uşaqla yataqxanadan çıxarılıb və işlər idarəsi həmin yataqxana otağını AMEA-ya aid olmayan şəxsə satıb. İndi təsəvvür edin, Qarabağda -Ağdərə bölgəsində düşmənlə savaşda olan döyüşçünün ailəsi yataqxanadan küçəyə atılır və indi isə yataqxananın yerində tikilən bir neçə çox mənzilli evdən bir mənzil ayrılmır ki, AMEA , işlər idarəsinin rəhbərliyi və sürücüləri mənzillə təmin olunandan sonra AMEA üzrə yeganə (1-ci dərəcəli ) Qarabağ əlilinin iki elmi işçisi olan ailəsinin müraciətinə BAXILA BİLƏR (?) Və hələ də BAXILA BİLMƏYİB. Nədən işlər müdiri Fətəli Abdullayev və müavini Sərdar Əliyev AMEA prezidentinin qəbuluna da qadağa qoydular. 2015-ci ilin sentyabrında akademik Akif Əlizadə rəyasət heyətinin iclasını keçirib söz verdi ki, AMEA üzrə yeganə Qarabağ əlili iki il gözləsə, Yasamalda tikilən evdən mənzillə təmin ediləcək. Lakin işlər müdiri və müavinin rüşvət -korrupsiya qərəzi prezidentin sözünü yada salmağına da imkan vermədi. Özbaşınalığa hüquqi qiymət verilməsini nə hüquq mühafizə orqanları, nə də məhkəmə təmin etdi. Yasamal məhkəməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ümumiyyətlə cavab vermədi, Səbail məhkəməsi (hakim Elmar Rəhimov ) isə cavabdeh işlər idarəsinin sifarişi ilə elə özbaşınalıq etdi ki, Ginnesin rekordlar kitabına düşməyə layiqdir . İmzalanmadığına görə (?) geri qaytarılan və mənə verilməyən qərardaddan şikayət etmədiyim halda, Bakı Apellyasiya Məhkəməsində etmədiyim və təbii ki, imzalamadığım şikayət Qəzənfər Nəbiyevə verildi. Bir neçə gün öncə VK-ya "transfer olunan " hakimin sədri olduğu heyətə də onlarla dəfə məktubla bildirdim ki, mənə qərardad verilməyib ki, qərardaddan şikayət də edilsin. Baxılmadı, yuxarı instansiya etmədiyim şikayəti qüvvədə saxlayıb, kassasiya şikayəti vermək hüququmu bildirdi. Bu " MƏZHƏKƏ HOQQABAZLIĞI”NDAN şikayətlərə cavab olaraq Elmar Rəhimov yuxarı instansiya kürsüsünə oturduldu və gərək ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədridir! (?) Hələ də nə Ombudsman, nə Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası, nə baş prokurorluq səsini çıxarır. ..İşlər müdirinin müavini Sərdar Əliyevin AMEA üzrə yeganə Qarabağ əlilinə qarşı böhtan-təhqirinə də nə Xətai məhkəməsi və polisi, prokurorluğu hüquqi qiymət verdi, nə də yuxarı instansiyalar . Əksinə, Qarabağ əlili elmi işçiyə qarşı bütün "cəbhə boyu” sosial-məişət hücumları təşkil edildi . Xızıda 500 nəfərə adambaşına 10 sot torpaq sahəsi ayrılsa da, yenə də AMEA üzrə yeganə Qarabağ əlilinin hüququna qadağa qoyuldu. İşlər müdiri və müavini bu torpaq alverindən də yarım milyon irəli düşüblər. Milyonlar olan yerdə Vətən torpağı uğrunda savaşan Qarabağ əlilinin həyət torpağı diləyi, əlbəttə, cavabsız qalar.

...AMEA-nın yeni prezidentinin keçmiş işlər müdiri Fətəli Abdullayev, Sərdar Əliyev və digərlərini görəvlərindən alması, Xızıda 500 nəfərə müvəqqəti ayrılan torpaq sahəsinin yenidən ədalətli bölgüsünə qərar verilməsi qanunsuz və ədalətsiz bölünən, daha düzü, satılan mənzillərin də əsl yiyələrinə qaytarılacağına ümid verir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər