Gündəm

Başlandı! Hakimiyyət 2023-də erkən seçkiyə gedir - sensasion hazırlıq

MUMtv.az: - Azərbaycanda son parlament seçkilərinin nəticələri hakimiyyətin yeni elitasının ürəyincə olmamışdı. Bunu aşkar büruzə verməsələr də, siyasi kluarlarda gedən müzakirələr, edilən giley-güzar gəlib medianın qulağına çatırdı və məlum olurdu ki, köhnə qvardiya seçkiyə öz təsirlərini kifayət qədər göstərə bilib. Elə təsadüfi deyil ki, parlamentə düşən deputatların 80 nəfəri köhnə üzvlər idi və cəmi 45 yeni mandat sahibi oldu. Bu da təsadüfi deyildi, çünki hakimiyyət daxilində Ramiz Mehdiyev faktoru güclü idi və hələ də proseslərə təsir edə bilirdi. Ona görə Mehdiyev klanı yenə öz bildiyini etmiş, yenə öz adamlarını parlamentə buraxmışdı. Nəticə nə idi - Milli Məclis dəyişmədi, iqtidardan gözləntilər özünü doğrultmadı, parlament yenə nüfuzu olmayan, deputatların çıxışları cəmiyyətdə qıcıq doğuran bir yer olaraq qaldı. O zaman Mehdiyev son akkordlarını vururdu və hakimiyyət içində nəyə qadir olduğunu mesaj verirdi. Amma onun vəzifədən uzaqlaşdırılması, ruspərəst qrupların neytrallaşdırılması, 5-ci kolon şəbəkəsinin xeyli dərəcədə zərərsizləşdirilməsi əvvəlcə Vətən müharibəsini rahat şəkildə aparmağa kömək etdi, ardınca köhnə qvardiyanı son 2 il içində tamamilə silib-süpürüb, təmizləməyə gətirib çıxardı. Anaxeber.info bildirir ki, Mehdiyev erasının tam süqutu hakimiyyətin yeni komandasına və prezidentə indi qalan digər məsələləri də həll etməyə imkan verir. Bu da təbii ki, ilk növbədə parlament dəyişməsidir. Mehdiyevin son seçkiyə kobud müdaxiləsi, adamlarının çoxunu ora təzədən yerləşdirməsi indi onun gedişindən sonra əsas yaradır ki, oxşar təmizləmələr parlamentdə aparılsın. Sadəcə, postmüharibə dövrü, bölgədə gedən bir sıra qaynar proseslər, regiondakı gərginlik, Qarabağla bağlı hələ tam həll olmayan məsələlər, Rusiya ilə münasibətlər, o cümlədən də pandemiya hakimiyyəti gözləməyə məcbur etdi. İqtidar xarici gözlərin bu bölgədə olduğu, həssas dövrdə erkən seçkiyə getməkdən ehtiyat etdi. Əslində, kifayət qədər məntiq də var və ən azı 2 ildən çox gözləmək lazım gəldi. İndisə artıq zaman yetişir və Anaxeber.info-ya mötəbər mənbələrdən gələn məlumatlara görə, hakimiyyət növbədənkənar parlament seçkilərinə gedir. Mənbə seçkinin tarixi ilə bağlı qeyd edir ki, 2023-cü ilə nəzərdə tutulur. Daha konkretləşdirsək, yanvarda seçki təyin oluna, fevralda keçirilə bilər. Buna zərurətin səbəblərini də sadaladıq: Milli Məclisin üzvlərinin çoxunun mehdiyevçilər olması, yeni nazir və başçıların təzə komandaya aid olması kimi parlamentin tərkibinin də oxşar təşkili, deputatların xalqın gözündən düşməsi, Milli Məclisin nüfuzunu özünə qaytarmaq, müxalifətə müəyyən yer vermək deputat sayını artırmaq, proporsional seçki sistemini bərpa etmək və mojaritarla bərabər tətbiq etmək erkən seçkiyə aparan amillərdir. Ümumilikdə ölkədə siyasi sistem dəyişir, hökumət tam yenilənir, köhnələr az-az qalıb ki, onlar da yola salınacaq və beləcə niyə də parlament dəyişməsin?! Ona görə gələn xəbərlərə görə, yeni ilin əvvəlində hakimiyyət erkən seçkiyə hazırlaşır. Nəzərə alaq ki, 8 deputat yeri də boşdur və MSK sədri Məzahir Pənahovun bununla bağlı bir müddət əvvəl açıqlaması olmuşdu. O, boş qalan yerlərə təkrar seçki olacağını açıqlasa da, hələ də 8 yerin seçkisi keçirilmir və deməli, hakimiyyət ümumən seçkiyə getməyə hazırlaşır. Eyni zamanda bu ehtimalları gücləndirən xəbərlər seçki dairələrinin sayının artırılması, azad edilən ərazilər üzrə də yeni məntəqələrin yaradılmasıdır. Əslində, proseslər bir qədər sürətli getsəydi, rəsmi Bakı Xankəndini götürsəydi, parlamentə vətəndaşlığı qəbul edən erməni deputatın da düşməsi istisna deyildi, lakin indi bundan danışmaq tezdir. Bir sözlə, yeni seçki qoxusu gəlir və ölkədə siyasi bir canlanma olacaq. Artıq postmüharibə dövrünün bir sıra riskləri də geridə qalıb, Laçın dəhlizini götürmüşük, Rusiyanın başı Ukraynaya qarışıb və belə stabil zamanda gələn ilə erkən seçk əi keçirmək, parlamentin ən azı 85 faizini yeniləmək mümkündür. Yeri gəlmişkən, referendum müzakirələri də gündəmdədir. Əgər proporsional seçki sistemi tətbiq olunacaqsa, deputat yerlərinin sayı artırılacaqsa, seçkiyə qədər dərhal referendum olmalıdır. Payızda referendum olması da istisna edilmir. Habelə icra hakimiyyətləri və idarəetmə ilə bağlı bir sıra sistematik dəyişikliklər bizi qabaqda gözləyir. Parlamentdə təmsil olunan millət vəkillərinin sayı 125 nəfər majoritar qaydada saxlanılmaqla, proporsional seçki ilə əlavə 50 nəfər artırılacaq. Beləliklə, deputatların sayının qanun layihəsində 175 nəfərə çatdırılması nəzərdə tutulur.Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, eləcə də seçki və siyasi partiyalarla bağlı bəzi boşluqların olması hökuməti konstitusiyada dəyişiklik aparmağa məcbur edir. Bəzi analitiklər isə hesab edirlər ki, əgər yaxın aylarda Sərsəng, Xocavənd və Xocalı istiqamətlərində hərbi əməliyyatlar olmazsa, payızda Azərbaycanda referendum keçiriləcək və konstitusiyaya dəyişiklik ediləcək. //Anaxeber.info//


Son xəbərlər

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bütün xəbərlər