Gündəm

 "Müğənnilərin parlamentdə nə işi var? Bəyəm Milli Məclis xor dərnəyidir?"- Hafiz Hacıyev

 

 

 

 

 

 

 

 

 


Xəbər verdiyimiz kimi fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Milli Məclisə seçkilərlə əlaqədar 1542 nəfərin namizədliyi qeydə alınıb. Onların arasında Əməkdar artisti Elza Seyidcahan, bir çox mətbuat nümayəndələri və vəkillərində adları var.

Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, ölkə prezidentinin apardığı uğurlu siyasətin və demokratik islahatların nəticəsidir ki, bu gün parlament seçkilərinə bu qədər maraq var: "Xalqda böyük ruh yüksəkliyi var. Cənab prezidentimiz həm iqtisadi, həm də siyasi cəhətdən çox böyük işlərə imza atır. Təəssüf ki, bu gün hər yoldan keçən parlamentə namizədliyini verib. Amma o insanlar düşünməlidir ki, parlament uşaqlar və təcrübəsizlər yığıncağı deyil. Parlament ölkə taleyini həll edilməsində mühüm rolu olan qurumdur. Çox təəssüf ki, bir mahnı oxuyub, onu aranjeman edə bilməyənlər, zamanında ulu öndər Heydər Əliyevin şəkilini çıranlar bu gün parlamentə namizədliyini verib. Yeni Azərbaycan Partiyası 30 ildir ki, yaranıb. Təəssüf ki, 30 ildə Yeni Azərbaycan Partiyasının əlehinə işləyən, erməni kəşfiyyatı ilə sıx əlaqədə olan insanlar çalışırlar ki, parlamentə daxil olub, müəyyən dairələrin maraqlarını həyata keçirsinlər. Biz buna imkan verə bilmərik. Heç vaxt icazə verə bilmərəm ki, zamanında ulu öndərin şəkilini cırıb, ermənilərə işləyən birisinin oğlu deputat olsun. Belələrin parlamentə düşməsi Azərbaycan dövlətinə və xalqına hörmətsizlikdir. Ən önəmlisi isə xalqın gələcəyi ilə oynamasıdır. Namizədlər arasında eləsi var ki, vaxtı ilə Əli İnsanovun vəkili olub. Onun Avropa Şurasında bəraət qazanmasında böyük xidmətləri var. Bu da xarici kəşfiyyatın qurduğu oyundur. Biz imkan verə bilmərik cənab prezidentin gördüyü bu qədər işlərə kimsə kölgə salsın. Düşünürəm ki, düşük adamların elə bəri başdan namizədliklərini götürməsi daha məsləhətlidir. Çünki bizim Qarabağ kimi dərdimiz var. Azərbaycanı istəməyən qüvvələr var. Ona görə ölkə rəhbərinin apardığı uğurlu islahatlara dəstək olan insanlar parlamentdə yer tutmalıdır. Artistlərin və müğənnilərin parlamentdə nə işi var. Bəyəm parlament xor dərnəyidir? Parlament oturuşmuş siyasi meydandır. Düşünürəm ki, bəziləri gedib ərizələrini geri götürüb, artistliklərini etsinlər".

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər