Gündəm

Ramiz Mehdiyevin boşa çıxan iddialarının arxasında nə dayanır? - İLGİNC
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev siyasi qalmaqalları ilə yenidən gündəmə gəlib. Ancaq Prezident Administrasiyasının sabiq rəhbərini bu dəfə heç kim hədəfə almayıb. Onun son günlərki addımlarının yeni hay-küy üçün özü tərəfindən atıldığı ortadadır. Vətən müharibəsi başlanandan sonra sanki diqqət mərkəzinədn kənarda qalmış Ramiz Mehdiyev qəfildən hay-küylü proseslərin önünə çıxıb.

Fevralın 9-da bəyanatla çıxış edən Ramiz Mehdiyev özünü Azərbaycan rəhbərliyinə və dövlətinə sadiq şəxs kimi təqdim etdi və jurnalistləri onun barəsində yazarkən etika normalarından kənara çıxmamağa çağırdı. AMEA prezidentinin narahatlığı başadüşülən idi. Çünki KİV-də R.Mehdiyevin oğlu, Fövqəladə Hallar nazirinin müavini Timur Mehdiyevin "Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovla gizli biznes ortağı olduğuna dair məlumatlar yayılmışdı.

Qeyd edək ki, Rasim Məmmədov külli miqdarda dövlət əmlakını mənimsəmə, korrupsiya və dələduzluq əməllərinə görə bu yaxınlarda həbs edilib. Sözün qısası, uzun illərdir Azərbaycanda mafiya başçısı, metal oliqarxı kimi silahlı və qoçu dəstələri ilə tanınan Rasim Məmmədovun cinayət ortağı qismində Timur Ramiz oğlu Mehdiyevin adının çəkilməsi AMEA-ın prezidentinin mövqelərinə ciddi zərbə demək idi. Ancaq akademikin sözügedən bəyanatla kifayətlənməməsi Rasim Məmmədov olayının məsələnin yalnız görünən tərəfi olduğunu deməyə əsas verir. Çünki sonrakı günlər Ramiz Mehdiyev ətrafında yaranmış siyasi qalmaqalın miqyası genişlənməyə başladı.

Milli Məclisin 15 deputatını məhkəməyə verməsi haqqında fikirlər mediada yayıldı. Bu məlumata görə, AMEA prezidenti iddia ərizəsində deputatların ona böhtan atdıqlarını, təhqir etdiklərini və işgüzar nüfuzunu ləkələdiklərini bildirib. Ramiz Mehdiyevin məhkəməyə verdiyi deputatların adları rəsmən hələ açıqlanmasa da, akademikin Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova və Siyavuş Novruzovu məhkəməyə verdiyi deyilir. Bu adlar akademikin əvvəlki məqaləsində barəsində yazdığı şəxslərdir. Belə ki, Ramiz Mehdiyev karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən sonra onun haqqında danışan deputatlarla bağlı yazdığı məqalədə həmin şəxslərin adlarını çəkib.

Qeyd edək ki, Ramiz Mehdiyev 2020-ci ilin avqust ayında karantin qaydalarını pozaraq nəvəsinə toy etmişdi. Bu olayla bağlı onun kürəkəni İlham Əliyev məhkəmə tərəfindən 15 sutka müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin hadisədən 6 ay sonra Ramiz Mehdiyevin bu məsələni yenidən gündəmə gətirməsi suallar doğurmağa bilməz. Əcəba, akademikin sükutu pozması kimə və nəyə lazımdır?

Daha dəqiq desək, R.Mehdiyevin bəyanat, məhkəmə iddiası ilə siyasi gündəmi qarışdırmasında marağı nədən ibarətdir? Əslində, R.Mehdiyevin belə gedişləri ilə manşetə çevrilməsi birinci dəfə deyil. AMEA prezidentinin taktikası ictimai rəyə tanış olduğundan, onun məqsədini anlamaq çətin deyil. Ramiz Mehdiyevin zaman-zaman bu sayaq addımlar atmaqla özünün Azərbaycan siyasətinin "boz kardinal”ı olduğunu nümayiş etdirməyə çalışıb. O, özünü Azərbaycan elitasının daxilində alternativ güc mərkəzi kimi aparıb. Bu da səbəbsiz deyildi. Azərbaycanda "5-ci kalon”un siyasi mövqelərinin güclü olması Ramiz Mehdiyevə geniş manevr imkanları açırdı.

Bu baxımdan, son günlər baş verən hadisələri R.Mehdiyevin siyasi revanş götürmək cəhdi kimi şərh etmək olar. Bu, yalnız AMEA-nın prezidentini deyil, bütövlükdə "5-ci kalon”un həmləsi kimi də dəyərləndirilə bilər. Prosesin səbəblərinə gəlincə, görünür, R.Mehdiyevi narahat edən kifayət qədər ciddi səbəblər var. Məsələyə aydınlıq gətirmək üçün ilk növbədə, hadisələrin xoronologiyasına nəzər salmaq lazımdır.

Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra, avqust-sentyabr aylarında Azərbaycanda gedən siyasi müzakirələrin başlıca predmetini məhz bu mövzu təşkil etdi. Doğrudur, R.Mehdiyev ilk baxışda cəzalandırılan, "vurulan” fiqur kimi diqqət mərkəzinə gəlsə də, həm də mediada, siyasi kuluarlarda qarşı tərəf kimi təqdim olunurdu. Hətta bəziləri onu hakimiyyətə əks-siyasi qütbün rəhbəri kimi təqdim etməyə çalışırdı. Bütün bunlar isə R.Mehdiyevin lehinə işləyən, maraqlarına cavab verən piar idi. Amma situasiyanın gözlənilmədən dəyişməsi Ramiz Mehdiyev amilini arxa plana atdı.

Belə ki, sentyabrın 27-də Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsindən sonra ölkədə siyasi proseslər köklü şəkildə dəyişdi. Hətta Ramiz Mehdiyev mövzusu cəmiyyət və media tərəfindən demək olar ki, unuduldu. Həm ölkə daxilində, həm də regionda qüvvələr nisbətinin dəyişməsi "5-ci kalon”un mövqelərinin zəifləməsi, sıralarının seyrəlməsi ilə nəticələnib. Doğrudur, hələ də xarici dairələrə bağlı olan həmin qüvvələrin müqavimət cəhdləri müşahidə olunur. Ancaq bunlar siyasi effekt vermir.

Vətən müharibəsində Prezident İlham Əliyevin nüfuzunun ən yüksək həddə çatması, Xalq-Prezident-Ordu birliyinin Azərbaycan üçün ciddi uğurlara gətirib çıxarması özünü "dövlət içində dövlət” hesab edənlərin siyasi dayaqlarını tamamilə sarsıdıb. Bu da təbii ki, "5-ci kalon”u və bir sıra xarici dairələri narahat edir. Ona görə də Ramiz Mehdiyevin yenidən revanş götürmək cəhdini siyasi meydanda öz mövcudluğunu göstərmək səyi kimi başa düşmək olar.

Lakin akademikin yenidən siyasi start götürmək planlarının təsirli olacağı inandırıcı görünmür. Çünki Vətən müharibəsindən sonra Azərbaycanda yeni siyasi şərait formalaşmağa başlayıb. Artıq bu reallığı vaxtilə Azərbaycana işğalın nəticələri ilə barışmağı təklif edən dövlətlər belə qəbul edir. Regionda və ölkə daxilində siyasi konfiqurasiyanın dəyişməsi Azərbaycan dövlətinin mövqelərini xeyli güclənidirib.

Belə olan təqdirdə Ramiz Mehdiyevin siyasi potensialı yeni şəraitə uyğun gəlmir. Azərbaycanda idarəetmədə köklü islahatlar aparılır. Prezident İlham Əliyev bütün vəzifəli şəxslərə öz işində məsuliyyətli olmaq üçün xüsusi xəbərdarlıq edib. Korrupsiyaya yol vermiş bir sıra sabiq məmurlar "artıq hər şeyin” keçmişdə qaldığını düşünsə də, yenidən hüquqi məsuliyyətə cəlb edilir. Onların arasında Ramiz Mehdiyevin kadrları sayılan KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli, sabiq əmək və əhalinin sosila müdafiə naziri Səlim Müslümov artıq həbs edilib. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun və digərlərinin isə başının üzərində qara buludlar əsir.

"Ekslərin” cavabdehlik növbəsinin bir gün AMEA-nın prezidentinə də çatacağı istisna olunmur. Çünki "5-ci kalon”un qol-budaq olunması onun mövqelərini laxladır. Bu baxımdan, Ramiz Mehdiyevin revanşist fəaliyyəti "ən yaxşı müdafiə hücumdur” prinsipinə bənzəyir. Əslində, bu, hücumdan daha çox "qılıncını qaranlıqda sağa-sola çalmaq” cəhdidir.
Cebhe.info

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər