Siyasət

Gələn il parlamentə buraxılmayacaq deputatların siyahısı yayıldı
 
 
 
 
 

 
 
 
 
 

 
 
 
 

Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi 2020-ci ilin payızına nəzərdə tutulur. Düzdür, seçkilərin daha erkən baş tutacağına dair vaxtaşırı mətbuatda iddialar səsləndirilir, lakin hakim partiya (YAP) rəsmiləri həmin iddiaları təkzib edir və seçkilərin vaxtında keçiriləcəyini bildirirlər. 

 

MUMTV.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumatlarda isə növbəti parlament seçkisində Milli Məclisin tərkibinin əhəmiyyətli şəkildə yenilənəcəyi bildirilir. Xüsusilə əksər yaşlı millət vəkillərinin 2020-ci ildə mandatsız qalacağı gözlənilir. 


Hazırda Milli Məclisin ən qocaman deputatı xalq artisti Zeynəb Xanlarovadır. Onun 83 yaşı var. Üstəlik, artıq 30 ilə yaxındır ki, deputat statusu daşıyır. 


Digər yaşlı parlament  üzvləri arasında isə Ağacan Abıyevin (82 yaş), Fəttah Heydərovun (81 yaş), Yaqub Mahmudovun (80) adlarını çəkmək olar. 


Eyni zamanda 2020-ci ildə indiki deputatlardan Elxan Süleymanovun 80, Arif Rəhimzadənin 79, Xanhüseyn Kazımlının 78, Eldar İbrahimovun, Rafiq Məmmədhəsənovun və Hüseynbala Mirələmovun 75, Valeh Ələsgərov, Mixail Zabelin və Əliağa Hüseynovun 74, Vahid Əhmədov, Madər Musayev, Əhliman Əmiraslanov , Fəzail Ağamalı, Flora Qasımova və Hadi Rəcəblinin 73, Tahir Süleymanov və Yevda Abramovun 72, Mahir Aslanov və İsa Həbibbəylinin 71, Şəmsəddin Hacıyev, Mirkazım Kazımov, Tahir Rzayev və Elman Məmmədovun isə 70 yaşları olacaq.


Adları çəkilənlərin bir çoxunun mandatsız qalacağı artıq indidən şübhə doğurmur. Xüsusilə Z.Xanlarova, E.Süleymanov, A.Abıyev, R.Məmmədhəsənov və Ə.Hüseynovun növbəti parlament seçkilərində öz namizədliklərini irəli sürməyəcəyi gözlənilir. Buna səbəb isə siyasi razılıq almayacaqlarıdır. 


Parlamentin biznesmen deputatlarından Əsabil Qasımovun, Rüstəm Xəlilovun və Xanlar Fətiyevin də 2020-ci ildə yenilənəcək Milli Məclisdə oturmayacağı deyilir. 


Ümumiyyətlə, növbəti parlament seçkilərində geniş biznes imkanlarına malik şəxslərin mümkün olduğu qədər kənarda saxlanılacağı iddia edilir. 


Xatırladaq ki, son parlament seçkilərində hakim partiya bəzi biznesmen deputatların namizədsliyini irəli sürməkdən imtina etmişdi. Məsələn, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən millət vəkili olan Ərəstun Cavadov kənarda sazxlanılmış, hakim partiya onun yerinə Əlyunis Mütəllimovun namizədliyini irəli sürmüşdü. Mərkəzi Univermağın İdarə Heyətinin sədri və Ağsu rayonunda bir neçə obyekti sahibi olan Ə.Cavadov, beləcə, parlamentdən kənarda qalmışdı.


YAP-ın namizədlər siyahısında yer vermədiyi digər millət vəkili isə Fərhad Qəribov idi. 57 saylı Kürdəmir Seçki Dairəsindən seçkiyə biznesmen deputatının yerinə Nizami Qəribovun namizədliyi irəli sürülmüşdü. 


Bununla da, Bakıda yerləşən "Çıraq Plaza" və "Şəki" restoranlar şəbəkəsinin sahibi olan, "Debütbank"a rəhbərlik edən, ölkə daxilində xaricdə bir çox başqa obyektlərə malik F.Qəribovun millət vəkilliyi macərası cəmi bir çağırış çəkmişdi... 


Eyni ssenarinin növbəti parlament seçkilərində də davam edəcəyi və biznesmen deputatların bəzilərinin Milli Məclislə vidalaşacağı demək olar ki, qətiləşib...

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər