Gündəm


“Azərbaycanda inqilab mümkün deyil” - ASLAN İSMAYILOV

 

 

 

 

 

 

 


 

"Bizdə inqilab olarsa, qələbə çalan olmayacaq”

"Milli Şuranın seçkiləri boykot etməsi bu xalqa qarşı xəyanətdir”

"Əvvəlki parlament deyildi, əcaib bir şey idi”

"Parlament seçkiləri nisbətən demokratik keçəcək. Mən 100% demokratik keçəcəyinə inanmıram və heç bunu da istəmirəm. Çünki əhalinin seçib-seçmə qabiliyyəti həqiqətən yoxdur”

-Köhnə komanda gördüyü işləri necə təqdim edirdi ki?

-Köhnə komanda daha inadkar, həyasız şəkildə yalana don geyindirib, müsbət kimi verirdi. Yeni komanda isə gördüyü işləri insanlara çatdıra bilmir. Yəni əllərində mətbuat yoxdur. Mətbuat yoxdur, birmənalıdır.

- Axı, istənilən qədər media qurumu var, hökumətyönlü mətbuat orqanları da kifayət qədərdir...

-Mən sizə bir şey deyim, mənim "Facebook” səhifəm əhaliyə təsir baxımından bütün Əli Həsənovun mətbuatından güclüdür. Mən onu gözəl bilirəm. Əli Həsənovun 100 milyonlar xərcləyib yaratdığı telekanallara insanlar inanmır. O telekanallar o qədər yalan danışıblar ki, bu gün doğrunu görəndə də insanlar inanmır, onu da yalan kimi qəbul edirlər. Burada bədbəxtçilik nədir? O, Ramiz Mehdiyev komandası insanları inandıracaq müstəqil insanları və qeyri hökumət təşkilatlarını məhv etdi. İndi baxırsınız, ölkədə nə yaranıb: iki qütb var. Məsələn, mənim hakimiyyətə də, müxalifətə də münasibətim eynidir, ikisinə də mənfidir. Bu gün seçkilərə münasibətdə müxalifətə münasibətim daha mənfidir, nəinki hakimiyyətə. Milli Şuranın seçkiləri boykot etməsi bu xalqa qarşı xəyanətdir. Əlbəttə, seçkilərə getməliydi. Mən müraciət də ünvanladım. Bilirsiniz, ölkədə insanların öz həyatını dəyişmək üçün bircə dənə hüququ var. Yəni birbaşa hakimiyyətə təsir etmək imkanı bircə dəfədir, o da seçmək və seçilmək hüququdur. Bizim iştirakçılıqda başqa hüququmuz yoxdur. Ona görə ki, bizdə normal bələdiyyələr yoxdur ki, deyəsən, insanlar seçilib, rayonu idarə edir. Ya da bölgələrdə seçki ilə seçilənlər yoxdur. Ancaq seçki vasitəsilə biz təsir edə bilirik, o da seçib, seçilmək hüququdur. Əksinə, insanlara aşılamaq lazımdır ki, bu, sənin yeganə hüququndur.

- Seçkidə saxtakarlıq olduğu təqdirdə seçkiyə getməyin əhəmiyyəti qalırmı?

-Bilirsiniz ki, parlament seçkiləri olacaq. Mənim bununla bağlı yazım oldu ki, bu ölkədə 5 mindən artıq seçki məntəqəsi var. Bu 5 min seçki məntəqəsinin sədri, üzvləri var. 125 dairə komissiyası, bunların da sədri, üzvləri var. Sonra bu seçkilərdə iştirak edən müşahidəçilər, vəkillər var. Hansı ki, seçkini bilavasitə keçirir, ən azı bu komanda 100 mindir. Ölkədə də əhali 10 milyondur. Elan edirlər ki, təxminən 6 milyon seçici var. Mən 3 milyonu kənara qoyuram, tutaq ki, 3 milyon seçici var. Bunun da 50 faizi 1,5 milyon edir. Çox demirəm, o 1,5 miyon seçkiyə getsə, səs verdiyi şəxs seçilmirsə, həmin 1,5 miyonun demirəm ki, hamısı, 300 mini küçəyə çıxıb, "Seçkini saxtalaşadırma!” tələbi  etsə, nə olacaq? Bu hakimiyyət 1 saata Ukraynada, Gürcüstanda olduğu kimi, seçkinin nəticəsini ləğv edəcək. Ona görə, müxalifət buna köklənməlidir. Bizdə isə müxalifət ala, boz, rəngli inqilablara köklənib ki, biz 10-20, 50 min yığacağıq, uçuracağıq, asacağıq, kəsəcəyik, hakimiyyəti yiyələnəcəyik.

- Əslində, bu da doğru yol deyil...

-Nə doğru yoldur, nə də mümkün deyil. Azərbaycanda inqilab mümkün deyil. Hansısa ölkənin inqilab yolu ilə xoşbəxtliyə çıxdığını görməmişəm. Mən sizə bir şey deyim, SSRİ vaxtı Rusiya imperiyasının inkişaf dövrüdür. Bütün göstəricilərə görə, inkişaf tempi dünyada birinci olub. Onu radikal xətti tutan bolşeviklər devirdi, keçmiş SSRİ-ni elə günə saldı ki, bütün göstəricilərə görə, imperiya dövründən geriyə düşdü. Onu kənara qoyduq, uzaq keçmişdir. 1979-cu ildə İranda inqilab oldu, mollalar hakimiyyətə gəldi. İndi şah rejimi ilə bugünkü molla İranını müqayisə etmək olar? Ona görə, inqilabı kənara qoymaq lazımdır. İnqilabın bizim üçün ziyanlı ikinci tərəfi də var. Bizdə olan inqilabda qələbə çalan olmayacaq. Məsələn, SSRİ-də bolşeviklər, İranda mollalar qələbə çaldı, amma burada qələbə çalan olmayacaq.

- Nə üçün belə düşünürsünüz?

- Çünki köhnə komandanın milyardlarla resursu var. Bu milyardlarla resursdan əgər indi 10 manat verib,  kiminsə səsini alırsa da, ondan 1000 manat verəcək, deyəcək, mənim silahlı dəstəmə keç. Bundan başqa axı, bunların silahlı dəstələri var, hakimiyyət strukturları, Daxili İşlər Nazirliyi, Sərhəd Qoşunları Xidməti, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqalədə Hallar Nazirliyi, SOCAR-ın Mühafizə Xidməti, bunlar hamısı silahlı dəstələrdir. Bunlar hakimiyyəti belə verərlər? Mümkün deyil. Ona görə, yolu ancaq və ancaq islahatdır. Mən başqa yolu görmürəm.

- Aslan müəllim, ümumiyyətlə, Azərbaycanda prezidentə və onun apardığı islahatlara müqavimət göstərə biləcək güc görürsünüzmü?

-Bəli, birmənalı. Bütün rayon icra başçıları müqavimət göstərəcək gücdür, tək başçıları yox, müavinləri, şöbə rəisləri, adi bələdiyyə sədrləri də. Bu yaxınlarda mən Xaçmazla bağlı sosial  şəbəkədə yaydım, bir bələdiyyə sədri rayon əhalisinə qarşı zorakılıq edir, insanlar çıxır etiraz edir... Orada heç kim yoxdur, polis zorakılıq etmir, bir bələdiyyə sədri pulun hesabına zorakılıq edir. Ona görə ki, torpaqları satıb, pul toplayıb. Bu, bilir ki, yeni bələdiyyə gəlsə, köhnələrin pulunu tələb edəcək. Hələ çoxlarının da torpağını verə bilməyib, amma pulunu alıb. Bunlar, icra nümayəndəsi müqavimət göstərir. Ona görə ki, bunlar hamısı gəlir yerini itirirlər. Adi bir "jek” müdiri ayda 10 min qazanc götürürdüsə, sabah o, min manata işləyəcəkdi? Yox. Mən bir vaxtı bir neçə gəncdən xahiş etmişdim ki, cavanlar arasında sorğu edin ki, təmiz min manata maaşa, yəni vergisini ödəmək şərtilə, yaxud çirkli, yəni paket almaqla, 2 min manata işləyərsən? Əksəriyyət seçmişdi ki, mən 2 min manatı qoyub, niyə min manata gedirəm. Bizdə şüur o səviyyədədir. Bu gün gedib, əyilən, əl öpən icra başçısının içində gedən proseslərə o qədər nifrət var ki, o, bütün varını-dövlətini qoyacaq ki, bunun qarşısı alınsın. Ona görə ki, o, ona öyrənməyib, onun əlini opüblər. Salyanın Tahir adlı icra başçısı vardı, o, güldən düzəltmişdi ha, altından keçirdi, bax, icra başçılarının hamısı bu gündədir. Bunlar bu zehniyyətin sahibidirlər. Bunlar rayon əhalisinə qulu kimi baxırlar. İndi birdən-birə ağa gedib hansısa qulun əlini öpməlidir? Allah Zuckerbergin atasına rəhmət eləsin, sosial şəbəkədə onu da vermişdilər ki, bu guya, əlini öpür, arada öz əlini öpür. İndi bu, iyrəndiyi adamın öz əlini öpür, adam yerinə saymadığı adama deməyə başlayır ki, gəlmişəm görüm nə probleminiz var. Başçının hərəkətindən başqa, yerdə olan insanlar da çaş-başdır. Bunlar da bunu görmür, axı. Buna inanmaq lazımdır. Sən islahata inan, islahat aparan qüvvəyə dəstək ver, amma tələbini elə ki, mən bir əjdahadan canımı qurtarıb, o biri gənc əjdahaya canımı verən deyiləm.

- Qeyd etdiniz ki, icra başçılarını bu rayondan o rayona dəyişirlər. O halda, islahatın nəticəsi nə olacaq?

 -Mən sizi əmin edirəm ki, bu, uzun sürməyəcək. Baxın, parlament niyə buraxıldı? Parlament ömründə bircə dəfə prezidentin göndərdiyi hansısa qanuna "yox” demişdimi? Yox. Prezident nə deyirdi, edirdi də. Onu prezident niyə çıxartdı? Bizim bəlamız ondadır ki, müxalifət bugünləri bu məsələləri çözüb, əhaliyə, həm də başda duranlara bunu çatdırmaq əvəzinə, elə bil blok vəziyyəti qoyub. Əksinə maraqlıdır ki, islahat dayansın, getməsin, insanlar daha da qəzəbələnsinlər və inqilab olsun. Mənim gördüyüm nədir? Ola bilsin, bu islahat aparanların, prezidentin də xoşuna gəlməyəcək. Mən hesab edirəm ki, onun kökündə duran o deyildi. Bundan da qul parlament tapmaq mümkün deyil. Dedilər, get otur, oturdu. Dedilər, yararsızsan, əl qaldırdı ki, yararsızam. İndi deyirlər, get namizədliyini ver, verir. Yəni buna sifət lazımdır. Demək, bunlarda qürur deyilən bir şey yoxdur. Bəs, niyə buraxdı?

-Siz daha yaxşı cavablandırarsınız...

-Mən 100% əminəm. Prezident istisna etmədi ki, bu 125 deputatın ən azı 100-ü Ramiz Mehdiyevin adamıdır, sabah onlar yığışıb, parlament səviyyəsində hansısa bir inqilab edərlər...

-Fikirlərinizdən belə çıxır ki, parlament Ramiz Mehdiyevə görə buraxıldı.

-Bu tək Ramiz Mehdiyev deyil, onun komandasıdır. Burada Ramiz Mehdiyev də, bu Əli Həsənov da, o biri Əli Həsənov - "Qaçqınkom”un keçmiş sədri də var. Onu da çoxları sıradan bir adam sayırdı.

-Onun da siyasi proseslərdə ciddi rolu varmı ki?

-Əli Həsənov sıradan bir adam deyildi. Əli Həsənov bu ölkədə inqilab etməyə qadir adam idi. Tam səmimi deyirəm, ola bilsin, bunlar düz edir. Ona görə ki, mən dediyim o radikal addımlar bəlkə ölkəni stabillikdən çıxarda bilərdi. Mən də çoxları kimi radikal addım tərəfdarıyam ki, bunu tezləşdirmək lazımdır. Bilirsiniz, "Qaçqınkom”a təzə sədr gəlib. O, sədr gələn kimi mənim tanıdığım adamlar dedilər ki, o, son bir il ərzində köhnə "Qaçqınkom” Əli Həsənov elədiyindən 5 dəfə artıq elədi. Amma fikir verdiniz, yataqxanalar yandırılmağa başladı. Sonra bunu bütün sosial şəbəkədə Əli Həsənovun komandası bilərəkdən yayırdı. "Qaçqınkom”un qarşısında etirazlara  baxmışdınızmı, qadın gedib özünü gah polisin üstünə, gah da başqa yerə atır. Yəni görünür ki, bu öyrədilmiş adamdır, bu narazı deyil, narazılıq fonu yaratmaq istəyir. Xatırlayırsınızsa, "Qaçqınkom”un yeni sədri Rövşən Rzayev bir dəfə dedi ki, bu yataqxanalar bilərəkdən yandırılır, amma sonra sözünün dalından qaçdı. Yəni insanlarda narazılıq yaratmaq üçün edirlər.

İnqilabı 1993-cü ildə kimlər elədi? Ayaz Mütəllibovu kimlər yıxdı? Elçibəyi kimlər yıxdı? Qaçqınlar yıxdı da... Ermənistandan olan köçkünlər, Qarabağdan olan qaçqınlar. Ona görə ki, evi-eşiyi, heç nəyi yox, itirəcəyi də heç nə yoxdur. Və bu Əli Həsənovun müqavimətini mən onda gördüm. Bu köhnə komanda tək bu Əli Həsənov, o biri Əli Həsənov, Ramiz Mehdiyev deyildi, adını çəkmədiyim çoxları var. Bu gün mühüm vəzifədə oturan, külli miqdarda pul, güc sahibi olan adam var ki, o da o biri dəstədəndir. Onlar da istəmir, dəyişiklik olsun. Bütün icra başçıları istəmir. Ona görə ki, o icra başçısı ora elə-belə getməyib. O icra başçısı ora getmək üçün 300-500 min, 1 milyon pul verib. Bu gün onu çıxardanda bunlar tökülüşəcək ki, pulumu ver. O da var. Ona görə, bu prosesin tədricən getməyini mən görürəm.

İkincisi, bu gün islahat gedəndə inandığın adamlar olmalıdır. Mən bu gün gətirim nazir, yaxud müavini təyin edim, deyim ki, sən ora get, ayına 5 min alıb, işləyəcəksən, bu köhnə komanda da ona 500 min verəcək, deyəcək ki, sobataj elə. Bu da mümkündür. Bilirsiniz, biz Sovet ideologiyasından hələ heç kənara çıxmadıq. Ona görə ki, Allah rəhmət eləsin, Heydər Əliyev 1998-ci ildən sonra xəstə oldu və mən əminəm ki, rəhmətə gedənə kimi var gücü ilə işləyə bilmədi. Artıq 1998-ci ildən sonra ölkənin faktiki idarəçiliyi Ramiz Mehdiyevin əlinə keçdi. Ondan sonra, İlham Əliyev gələndə də o, bütün gücünü xarici siyasətə, Qarabağ siyasətinə verdi, ildə ən azı xaricə 100 səfəri oldu. Ən azı ilin yarısını bu adam xaricdə oldu. Bütün daxili siyasət hamısı Ramiz Mehdiyevin əlində oldu. İçra başçısından, onun müavinlərindən, şöbə müdirlərindən tutmuş hamısı Ramiz Mehdiyevin qılıncının altından keçdi və özünə uyğun, hansı ki, indi deyir, təsadüfi olmayan kadrlar, onları ora yerləşdirdi. Onlar da 1, 10, 100 deyil, 1000 də deyil, bu, zehniyyətdir ki, bunlar vəzifəyə rüşvətə görə gedib. Heç min manatlıq işə gedən adam 500 min verər? Yəni bu, buna öyrənib ki, verir və bu öyrəncəlikdən də əl çəkməsi mümkün deyil.

Təxmin elədiyim nədir: parlament seçkiləri nisbətən demokratik keçəcək. Mən 100% demokratik keçəcəyinə inanmıram və heç bunu da istəmirəm. Çünki əhalinin seçib-seçmə qabiliyyəti həqiqətən yoxdur. Mən bunu 5 dəfə seçkidə iştirak etmiş adam kimi deyirəm. Deyək, bu dəqiqə Sulutəpədə kim onların yolunu, suyunu çəksə, onlar ona səs verəcək, oraya 100 nəfər Aslan İsmayılov gəlsin. Get Zabrata, insanlar boğazına qədər çirkabın içində üzürlər, bir nəfər pullu gedib, bütün yolunu çəkəcək, zabratlıların hamısı bir nəfər kimi gedib səslərini həmin o pulluya verəcək, Aslan İsmayılova orada səs verməyəcəklər. Bu problem də var. Amma inanıram ki, əvvəlki tək parlament olmayacaq. Ona görə ki, əvvəlki parlament deyildi, o, əcaib bir şey idi. Nətəhər ola bilər ki, bir adam 5 il parlamentdə otursun, danışmasın. Bizdə elə deputatlar olub, 5 il danışmayıb. Yaxud ağzının danışığını bilməyib. Mənim parlamentə keçənlərdən tanıdıqlarım var, mən onunla heç vaxt bir süfrədə oturmaram, özümə sığışdırmaram. Ona görə ki, əllam-qəllam, dələduz, "moşennik”dir. Siz sosial şəbəkədə yayılanlara baxmırsınız?

-Təbii ki, baxırıq.

-O deputatlar haqqında nələr yayılır.

- Doğrudur.

-Bu gün mən əminəm ki, parlament gənc olacaq. Ora gedən gənc deputatlar da inanmıram ki, bu deputatlar kimi ola. Mən əminəm ki, bu deputatlar prezident qanun layihəsi göndərsə ki, sən ailəndən imtina elə, onlar onu da imzalayacaqlar. Bu, nə deməkdir? Orada mənim bircə nəfərə hörmətim yarandı. İndi mən Vahid Əhmədovu çoxdan tanıyıram, xətrini istəyirəm və hesab edirəm ki, o, həqiqətən ölkə üçün faydalı deputat idi, amma mən orada bir nəfərə hörmət etdim, hansı ki, bu günə qədərə içimdə Ramiz Mehdiyevə olan münasibət ona da var idi, Arif Rəhimzadəyə. O, köhnə zehniyyət sahibidir, bolşevikdir, kommunist necə var idi, elə də qalıb, öz əqidəsinə xəyanət etməyib. Amma mən bircə ona hörmət etdim. Çünki etiraz etdi ki, "bizim ölkədə qəbul olunan qədər qanun heç bir yerdə qəbul olunmayıb, prezidentə bir dəfə yox deməmişik, biz özümüzü necə buraxaq?” Bu mövzuda çox danışmaq istəmirəm. Mən ümumiyyətlə, nikbin adamam, bədbinliyi qəbul etmirəm və hesab edirəm ki, heç kim bədbin olmamalıdır. Bədbin olmaq bəri başdan bədbəxtçiliyə düçar olmaq deməkdir. Ancaq nikbin və mübariz olub, hansısa uğur qazanmaq olar.

-Aslan müəllim, parlament seçkilərinə bir aydan bir neçə gün çox qalıb. Ancaq seçkiləri eyni seçki komissiyaları, eyni insanlar keçirəcək, bu halda 9 fevral parlament seçkilərinin bələdiyyə seçkilərindən fərqlənməyəcəyinə əmin ola bilərik?

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər