Gündəm

Polis seçkiyə qarışmır – Azərbaycanda seçkiləröncəsi durum

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin əvvəlki seçkilərdən fərqlənəcəyi barədə proqnozlar özünü doğrultmaqdadır. 


Xüsusilə, təbliğat və təşviqat kampaniyasında bu fərq açıq-aydın sezilir. 

"DogruXəbər.az ” bildirir ki, Azərbaycanda bundan əvvəl keçirilən seçkilərdə təbliğat və təşviqat kampaniyası yerli hakimiyyətlərin prosesə ciddi müdaxiləsi ilə müşaiyət olunurdu. Hakimiyyətin namizədlərinə təbliğat üçün hər cür şərait yaradıldığı halda digər iddialılara faktiki olaraq kampaniya imkan verilmirdi. Bu dəfə isə namizədlərə təbliğat üçün əvvəlki seçkilərlə müqayisədə əlverişli mühit yaradılıb. 

Yerli hakimiyyətlərin onlara maneə yaratması isə nadir hallarda baş verir və bu fakt sosial şəbəkələrdə ictimailəşdirilən kimi məsələ həllini tapır. Lakin hakimiyyətin namizədlərinə inzibati resursların dəstəyi bu seçkilərdə də özünü göstərir. Müsbət məqam odur ki, hələlik seçicilərin etirazlarına dözümlülük nümaiyiş etdirilir. 

Bu seçkilərdə xüsusi diqqət çəkən məqamlardan biri də polisin prosesdən kənarda qalmasıdır. Əvvəlki seçkilərlə müqayisədə bu dəfə polis yalnız keçirilən görüşlərin təhlükəsizliyini təmin etməklə məşğul olur. Doğrudur, bəzi hallarda polisin namizədlərin təbliğatına mane olması barədə faktlar ictimailəşdirilir. Lakin bu kütləvi xarakter daşımır. 

Polis hətta illərlə Milli Məclisdə təmsil olunub seçicilərinin problemləri ilə maraqlanmayan namizədlərə qarşı etirazlara belə, müdaxilə etmir. Məlumat üçün deyək ki, 9 fevral seçkilərinə qatılan Milli Məclisin köhnə tərkibində təmsil olunanların çoxu görüşlərdə ciddi etirazrlarla üzləşirlər. Bəzi hallarda bu etirazlar qarşıdurma xarakteri alır. Müşahidələr göstərir ki, etirazla qarşınanlanların hakimiyyətin namizədləri olmasına baxmayaraq polis təmkin nümayiş etdiri.
Ekspertlər hesab edir ki, bütün bunlar islahatlar kampaniyasının təzahürüdür. "Prezident 9 fevralda keçiriləcək növbədənkənar parlamen seçkilərinin də islahatlar kampaniyasının tərkib hissəsi olduğunu bəyan edib. Bu inzibati qurumlara mesaj sayıla bilər. Bu baxımdan, bu dəfə seçki prosesinə müdaxilələr minimum həddədir”, -deyə ekspertlər bildirir./Yeni Sabah

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər