Gündəm

Meliorasiya və Su Təsərrüfatı ASC-də ziddiyət dərinləşir - Daxili audit idarələri yoxlayır
Son aylar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin daxilində ziddiyyət dərinləşir. Faktinfo.az saytına verilən məlumata görə, daxili çəkişmələrdən biri o olub ki, ASC-yə tabeli idarələrin birləşdirilməsi gələcəkdə böyük problemlərə yol açacaq. Bir neçə şəxs bu şəkildə idarəetməyə narazılıqların olacağını, savadlı və peşəkar meloratorların ərizə yazaraq işdən gedəcəyini bildirib. Elə də olub, hazırda ərizə yazaraq işdən gedənlər var.

Məlumatda o da qeyd olunur ki, yoxlamanı özlərinə təhlükə bilən idarə rəisləri də var ki, onlar da bu şəkildə yanaşmadan narazıdırlar. Məsələn, vəziyyəti faktinfo.az saytına izah edən melaratorlardan biri bildirir ki, Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı, Subartezyan Quyularının İstismarı, Mexaniki Suvarma Sistemləri İdarələrinin Suvarma Sistemləri İdarələrinə birləşdirilməsi idarəetmədə problemlərə yol açıb.

Təkcə, bir idarənin timsalında nümunə üçün qeyd edilir ki, Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı idarəsi ləğv edilərək, bu idarənin funksiyası 4 rayonun suvarma sistemləri idarələrinə həvalə olunub. Elə ilk gündən problemlər yaranıb. Vəziyyətin xüsusilə heyvandarlıq sahəsi ilə məşğul olan fermerlərin işinə mənfi təsiri hiss olunmağa başlayıb. Eləcə də, təsnifat üzrə Subartezyan quyuları və Mexaniki Suvarma Sistemləri İdarələrinin yerinə yetirdiyi iş, Suvarma Sistemləri İdarələrinin gördüyü işlərdən fərqləndiyindən və bir idarədə ümumiləşən idaretmə səbəbindən bölgələrdə suvarma suyunun idarəolunmasında xaotik vəziyyət yaranıb. Bölgələrdən artan şikayətlərin həlli yubadılır, hamı problemi üzərindən atırmış kimi davrandığı bu arada, savadlı və peşəkar melaratorlar ərizə yazaraq işdən gedir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin daxili audit yoxlamalarına gəlincə, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Allahyar Salayev və Xızı Suvarma Sistemləri İdarəsinin rəisi Fərrux Haqverdiyevin təşviş içində olduğu da qeyd edilir. Hər iki idarənin bir neçə istiqamət üzrə daxili audit tərəfindən təftiş olunacağı gözlənilir. O cümlədən, bu iki idarə rəisinin də yaxın zamanda ərizə yazıb işdən gedəcəkləri istisna edilmir.

Qeyd edək ki, əhalinin müəyyən mənada şikayətçi olduğu sahələrdən biri də suvarma suyudur. Mətbuata bu mövzuda az şikayət daxil olmur. Xüsusilə, yay mövsümündə şikayətlərin sayı çoxalır. Saytlarla işləməli, mətbuata açıqlamalı Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov isə digər sözçülər kimi hər şeyi hələ ki, kompyuter üzərindən seyr etməyə üstünlük verir.

Son xəbərlər

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bütün xəbərlər