Gündəm

Baş Mil-Muğan Kollektoru qrunt sularını xəzər dənizinə axıdır - FOTOLAR

"MUMtv.az" xəbər verir ki, Baş Mil-Muğan Kollektoru qrunt sularını xəzər dənizinə axıdır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, 1994-cü ildə yaradılan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin yaradılmasında əsas məqsəd Kür-Araz ovalığından qrunt sularını Baş Mil-Muğan Kollektoru vasitəsilə maneəsiz öz axımı ilə Xəzər dənizinə axıtmaqdır. Eyni zamanda kollektorun su tullayıcı qabiliyyəti də mövcuddur. Belə ki, kollektor daşqınlar və su basmalar zamanı artıq suları Xəzər dənizinə sərbəst şəkildə axıdır. İdarə tərəfindən kollektor vasitəsi ilə hər il dənizə 1 milyard 300 milyon kub metr su axıdılır. Ötən il idarə üzrə bu rəqəm 1 milyard 650 milyon kub metr olub. Həmin suların tərkibində minerallıq 5-6 milli qram litr təşkil edib. Atılan duzun miqdarı isə 9 milyon 800 ton olub. 
Baş Mil-Muğan Kollektorunun istifadəyə verilməsi bu günə qədər 262 min hektar xidməti ərazidə şoran torpaqların yuyulmasına səbəb olub. Artıq kollektorun sağ və sol sahilində yerləşən torpaqlar münbit bir torpağa çevrilib. Bu torpaqlarda əkin işləri aparılır və pambıq, taxıl, yonca kimi kənd təsərrüfatı bitkiləri əkilir. İdarənin əsas funksiyalarından biri də balansda olan mövcud kollektor-drenaj sistemlərini, hidrotexniki qurğuları saz və işlək vəziyyətdə saxlamaqdır. Bunun üçün hər il hidrotexniki qurğularda, su buraxıcılarda və kollektor-drenaj şəbəkələrində cari və əsaslı təmir işləri aparılır. Ötən il 54 ədəd hidrotexniki qurğuda cari təmir, ondan 3 ədədində isə əsaslı şəkildə təmir işləri aparılıb. 
Qeyd edək ki, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi Salyan, Sabirabad, Neftçala və Saatlı rayonlarına xidmət edir. Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 141 km-dir. 
 

  • Baş Mil-Muğan Kollektoru qrunt sularını xəzər dənizinə axıdır - FOTOLAR
  • Baş Mil-Muğan Kollektoru qrunt sularını xəzər dənizinə axıdır - FOTOLAR
  • Baş Mil-Muğan Kollektoru qrunt sularını xəzər dənizinə axıdır - FOTOLAR
  • Baş Mil-Muğan Kollektoru qrunt sularını xəzər dənizinə axıdır - FOTOLAR

Son xəbərlər

Dövlət büdcəsindən talanan milyonlara Vüqar Əhmədovla Kamil Hüseynovdan başqa daha kimlər şərikdir

Azərbaycanda aylıq minimum əməkhaqqı ilə bağlı yenilik ola bilər

BDU 136 boş vəzifəni müsabiqəyə çıxardı

Azərbaycanda yeni növ radarlar — Qayda pozduğunuzu dərhal biləcəksiniz

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Mamayı məscidinin açılışı oldu

"Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib" - Mirzoyan

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində

Prezident və xanımı Şuşada

YAP parlament seçkilərinə hazırlaşır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

"Dollar və avro lazımsız valyutalardır" - Lukaşenko

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Paşinyanın istefası tələbi niyə cavabsız qalıb?

Paytaxtın iki rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər