Gündəm

Sabirabadda məmur özbaşınalığı
MUMtv.az: - Xəbər verdiyimiz kimi bir müddət öncə Sabirabadın Sarxanbəyli kəndinin əkin sahələrinin yeni çəkilmiş "Haş” su kanalına vurulan şor suları ilə suvarılmasından bəhs edən şikayət yazısını işıqlandırmışdıq.

Rayondakı mənbəmiz bu dəfə Moderator.az-ın redaksiyasına suyun məmurlar tərəfindən satılmasını sübut edən video göndərib. Videoda bildirilir ki, suvarma suyu Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov və Moranlı sahə rəisi olduğu bildirilən Əkbər Əliyev tərəfindən satılır.

Sakinlər bildirir ki, Suvarma Sistemləri İdarəsindən onalara isə Kür çayındakı su qıtlığı ilə əlaqədar olaraq suvarma və içməli suyun Suvarma qrafiki ilə Haş kanalından qidalanan kəndlərə növbə ilə verildiyi bildirilib. Lakin Sarxanbəyli kəndinin su növbəsi çatan kimi sahə rəisi və idarə rəisi ya su mühərriklərinin xarab olduğunu, ya elektrik naqillərinin qırıldığını, ya da Kür çayının quruduğunu bəhanə gətirir və suyun olmayacağını bildirirlər. Bundan sonra isə onlar kanala vurulan suyu Sarxanbəyli kəndinə çatmamış özlərinə yaxın təsərrüfat sahiblərinə satırlar. Bundan cana doyan sakinlər su satılmasını sübut edən görüntüləri çəkərək redaksiyamıza göndəriblər.

Hansı ki, bu video görüntülərdən xəbər tutan Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov bunu mətbuata ötürməməyi sakinlərdən dönə-dönə xahiş edərək suyun veriləcəyini bildirib. Ş.Heydərov suyun satılmasını inkar edərək bildirib ki, "suyu bağlayırıq və sonra kimlərsə gəlib açır”. Hansı ki, həmin yerə nəzarətçi təyin olunmayıb.

Ərazidə çəkiliş aparan sakinlər bildirib ki, həmin vaxt Azadkənd nasos stansiyasında quraşdırılan 4 nasosun 3-ü tam gücü ilə işlək vəziyyətdə olub. Bir nasos isə yarı gücü ilə işləyib. Saniyədə isə təxminən 8 kubmetr su kanala vurulur. Ancaq buna baxmayaraq suya ehtiyacı olan kəndlərə su gedib çıxmır.

Ş.Heydərov deyib ki, suyu Bala-Həşimxanlı və Əlilbəyli kənd sakinləri gizlicə açır. Bala-Həşimxanlı və Əlilbəyli kənd sakinləri isə bildirib ki, onlar suyu özbaşına açmır. Suyu onlara Moranlı sahə rəisi Əkbər Əliyev 50, bəzən də 100 manata satır. Hətta pul olmayanda suyun əvəzində Ə.Əliyevə bir quzu da veririk.

Video görüntülərdə suyun satılması açıq-aşkar görünür. Kəndlilər bildirir ki, suyun bu cür qanunsuz satılması və Moranlı sahə rəisi Ə.Əliyevin qanunsuz əməlləri ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Lakin bu günə kimi heç bir tədbir görülməyib.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər