Gündəm

Yeni sədr Zakir Quliyevi istefaya göndərir
MUMtv.az: - Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılov müavini Zakir Quliyevlə işləmək istəmir.
"Yeni Sözçü” qəzetini məlumatlandıran şəxsin sözlərinə görə, yaxın günlərdə Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi kadr dəyişikliyi baş verəcək.Belə ki, sədr müavinlərinin bəziləri vəzifəsini itirəcək.Bu siyahıda sədr müavini Zakir Quliyevin birinci olacağı gözlənilir.

Xatırlatma: 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.O, 2006-cı ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsinə yüksəlib.

Bundan sonra ,Zakir Quliyev Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə özünün yaxın adamı- Elman Nuriyevi təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib.

Qeyd edək ki,mətbuatın yazdığına görə,Zakir Quliyevin himayə etdiyi idarələrdən biri Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevdir.Müəyyən iddialara görə, Elman Nuriyev əksər qohum-əqrəbasını Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Məsələn,bu barədə Nyus.az yazıb ki, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib.Yəni, bu idarədə çalışanların tam əksəriyyəti rayonun Cavad kəndindəndir.

Saytların yazdığını əsas götürsək bildirilir ki,Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyat hissələrini əksər hallarda rayonun Heydər Əliyev prospektində yerləşən, qardaşına məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdılaşdırılır.Bundan əlavə saytlarda idarəyə verilən yanacağın, sürtgü yağlarının müxtəlif vasitələrlə satılması barədə məlumatlar yayılıb. Bu kimi nümunələr isə Elman Nuriyevin himayə olunmasına dair iddiaları gücləndirir.

Zakir Quliyevə gəlincə onu deyə bilərik ki,mətbuat zamanla sədr müavinini Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən şəxs kimi xarakterizə edib.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər