Gündəm

Neftçalada sakinlərə divan tutan KİMDİR? - İDDİA

MUMtv.az: - Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun qanunsuz hərəkətləri, işındə yol verdiyi nöqsanlarla bağlı redaksiyamıza rayon sakinləri tərəfindən şikayət xarakterli müraciət daxil olub.

Neftçaladan bir qrup balıq yetişdirən sahibkar saytımız vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək Elçin Əsədovun onları “soğan qabığı kimi soymasına” “dur”, deyilməsini xahiş edirlər.

Qeyd edək ki, Neftçala rayonu ölkənin balıqla təminatında əsas yerlərdən birini tutur. Yəni bu çox vacib ərzaq məhsulunun yetişdirilməsi və insanlarımızın süfrələrinə çatdırılması üçün çalışırlar. Yetişdirilən balığın böyük əksəriyyət hissəsi isə süni gölməçələrdə yetişdirilir. Balıq mövsümü başlayanda sahibkarlar gölməçələrə kiçik balıqları buraxırlar. Təbii ki, balıqları suya buraxmaq üçün gölməçələrə su vurulmalıdır. Lakin balıq yetişdirən və ölkəni kənd təsərrüfatı malları ilə təmin edən sahibkarlar qanuni yolla bu gölməçələrə su vura bilmirlər. Çünki Neftçala Suvarma Sistemləri İdarəsi onlara su verməkdən imtina edir. Tələb isə çox konkret və açıqdır. Balıq yetişdirilən gölməçələrə su vurulması üçün hər bir hektara görə 200 manat pul istənilir. Pulunu verən suyunu alır, verə bilməyən isə... Hər şey bu qədər bəsit və bu qədər konkretdir.

Xatırladaq ki, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət göstərir. Hər bir sahibkar rentabelli işləmək üçün minimum 50 hektarı əhatə edən süni gölməçədə balıq yetişdir. Və adi riyazi hesablama da göstərir ki, 50 hektar süni gölməçəni suyla doldurmaq üçün sahibkar Elçin Əsədova 10 min manat verməlidir. Toplam rəqəm isə 2 milyon manatdan artıq edir. Etiraf etməliyik ki, hər bir sahibkarın dövlət rüsumundan savayı Elçin Əsədova bu qədər pul verməyə zorlanması son nəticədə balığın bazarda çox bahalaşmasına səbəb olur. Və hər bir sahibkar tələb olunan bu pulu ödəyə bilmir. Yəni faktiki olaraq sahibkarı “soyub soğan qabığına göndərən” Elçin Əsədov həm də balığın bazarda ən azından 80-90% bahalaşmasına yol açır.

Maraqlıdır, Meliorasiya və Su Təsərrüfatı” ASC-də belə bir “kadırı” hiyə "bəhə-bəhlə" müdafiə edib, saxlayırlar?

Növbəti yazımızda bu suala cavab tapmaga calışacagıq. BİZİ İZLƏYİN! //nyus.az//

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər