Gündəm

Oqtay Əsədovun qohumuna qarşı rüşvət ittihamı:
Son illər ölkəmizdə hər bir sahə üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Lakin buna baxmayaraq, "əllərində” kiçik səlahiyyətlər cəmlənən şəxslər hələ də öz vəzifələrindən rahat şəkildə sui-istifadə etməkdə davam edirlər. Xüsusi ilə də bu kimi neqaiv hallar dövlət baxçalarında yaşanan ümid üçün hələlik əsas vermir.Belə ki, paytaxt baxçalarında baş verən qanunsuzluqlarla bağlı ölkə mətbuatında yüzlərlə məlumat, şikayət dərc edilsə də, sonda hər hansı bir yeniliyə rast gəlinmir. Uşaq baxçalarında baş alıb gedən rüşvət, özbaşınalıqlar isə baxça müdirələrinin özlərinə arxayın olmaları və himayədarlarının onlara yüksək "səviyyədə" dəstək verməsindən irəli gəlir. Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılmasına baxmayaraq ciddi nəticələr əldə edilməyib. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Lakin bütün səylərə baxmayaraq, təəssüf hissi ilə bildiririk ki, bəzən əvəzsiz xidmətlər sayəsində başa gəlmiş dövlətçiliyimizə kölgə salan "qara qüvvələr” cəmiyyətdə özünü büruzə verir. Özlərini idarə etdiyi sahənin "balaca padşahları” hesab edənlər üçün qanunun aliliyi prinsipi pozula bilər. Hər kəs bilməlidir ki, qanun qarşısında hər kəs eyni qaydada məsuliyyət daşıyır.

Təsadüfi adamların rəhbərliyi altında fəaliyyət göstərən bağça müdirələrinin "çirkin maraqları” böyük işlərimizin "qara yarası”na çevrilir. Belə ki, redaksiyamıza 177 saylı bağçada hökm sürən "xaos” haqqında ilginc məlumatlar daxil olub. Bağçada açıq-aşkar bazar qurulub. Bir müddət öncə adıçəkilən təhsil müəssəsinə müraciət edən vətəndaş, körpəsini 177 saylı körpələr evinə yazdırmaq istəyib. Bu zaman vətəndaşa bildiriblər ki, müdir Pəri Rəhimovanın qəbul qaydalarına görə, Azərbaycan dili bölməsi üçün 700 AZN, Rus dili bölməsi üçün isə 1000 (min) AZN ödəniş etmək lazımdır. Mənbənin daxil etdiyi məlumata görə, bu kimi qanunsuz əməlləri həyata keçirməyə cəhd edən bağçanın işçisi Aygün adlı qadındır. Aygün xanım özünü müdirin müavini kimi təqdim edərək, təhsil müəsisəsinə üz tutan hər bir valideynlə şərtləri izah edərək, razılaşdırmağa çalışır. Baxmayaraq ki, 177 nömrəli uşaq bağçasında müdir müavini vəzifəsi rəsmən boşdur, amma həmin vəzifənin səlahiyyətlərindən sui-istifadə edən şəxslər vətəndaşlara bu cür iyrənc münasibətlər sərgiləyir.

Onu da bildirək ki, indiyə qədər bağçada təhsil alan uşaqlara görə aylıq 20 AZN rəhbərliyə ödəniş edilir. Qeyd edək ki, Milli Məclisin sabiq spikeri Oqtay Əsədovla yaxın qohum olan Pəri Rəhimova görünür özünü bu səbəbdən rahat hiss edir. Mətbuatda yayılan məlumatlara istinad edərək əlavə edək ki, Oqtay Əsədov hər an istintaqa çağırılacağının həyəcanını yaşayır. Yəni, iri ranqlı korrupsionerlərin "içəri” göndərilməsi onu da təşvişə salıb. Eks-spikerin təşvişi üçün çox ciddi əsaslar var. Ötən illərin mətbuatını vərəqləmək, sosial mediada yazılanlara baxmaq onun ölçüyəgəlməz biznes imperiyasının ayrı-ayrı fraqmentlərini görməyə kifayət edir. 14 il parlamentin sədri postunu tutmuş Oqtay Əsədovun bu müddət ərzində adının hallanmadığı korrupsiya əməli qalmayıb. Onun deputatlarla bağlı məlumatları "dövlət içində dövlət” qurmuş Eldar Mahmudova ötürməsi də aşkar-gizli fəaliyyətinin pik nöqtəsi idi. Son olaraq ümid edirik ki, dövlət müəssisəsindən biznes məqsədi üçün istifadə edən bağça müdirəsini dayandıran tapılacaq…

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Azerbaycanrealligi.com

Son xəbərlər

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Bütün xəbərlər