Sosial

Balıq körpələri təbii su hövzələrinə buraxılacaq

Azərbaycanın təbii su hövzələrində balıq populyasiyasının artırılması, o cümlədən Xəzər dənizinin su bioresurslarının dayanıqlı inkişafının təmin olunması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə bu ay ərzində müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq.

 

Mumtv.az Yenisabah.az-a istinadən xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılmasının planlaşdırıldığını deyib.

O bildirib ki, balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması ümumilikdə  ekosistemin qorunması baxımından olduqca vacibdir və tərəfimizdən bu işlər hər il yerinə yetirilir: "Lakin su hövzələrinə buraxılan körpələrin böyüyüb balıq ehtiyatlarının artımına şərait yaratması üçün onların qorunması da vacibdir. Bu baxımdan sənaye balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərin üzərinə böyük məsuliyyət düşür. Onlar xırda balıqları ovlamasalar, qadağan olunmuş vaxtlarda və qadağan edilmiş vasitələrlə ov etməsələr yaxın illərdə ölkənin su hövzələrində balıq ehtiyatlarının artımına nail olmaq mümkündür".

A.Səmədova ölkədə fəaliyyət göstərən balıqyetişdirmə müəssisələrini də Nazirlik tərəfindən təşkil olunan bu aksiyalara dəvət edib: "Biz bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq. İştirak etmək istəyən balıq yetişdirmə müəssisələri f.aliyev@eco.gov.az, m.akhundov@eco.gov.az poçt ünvanlarına müraciət edə bilərlər”.

Balıq körpələri təbii su hövzələrinə buraxılacaq

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Bütün xəbərlər