Gündəm

Dramaturq Firuz Mustafanın   “ SEHRBAZ”  əsəri səhnələşdirilib - TƏƏSSÜRAT  // VİDEO

BİRİNCİ HİSSƏ:

Etiraf edim ki,Bakı Bələdiyyə Teatrının hazırladığı “Sehrbaz” tamaşısına baxmasaydım, bəlkə elə bu qeydlərimi yazmayacaqdım. Ona görə yox ki, vaxtı ilə bədii yaradıcılıqla, xüsusilə dramaturgiya ilə məşğul olsam da sonradan obyektin və subyektiv səbəblərdən bu sevdiyim sənətdən uzaqlaşdım və daha bu sahə ilə maraqlanmırdım.Əksinə,tez-tez teatrlara gedər ictimai baxışlarda iştirak edərdim.Mən teatra,səhnəyə müqəddəs bir ocaq kimi baxardım və ordakı tamaşalardan sözün həqiqi mənasında böyük məmnunluq duyardım. Amma təəssüf ki,getdikcə bu ocağın şöləsi öləziməyə və sönməyə başladı.Bədii və dramaturji cəhətdən zəif,səhnəyə uyğun olmayan,heç bir məna və mahiyyət kəsb etməyən əsərlər teatra yol aldı.Bu hal artıq Akademik Milli Dram Teatrına da gəlib çatmışdı.Hətta bir dəfə yaxşı tanıdığım və hörmət etdiyim bir nəfər (adını demirəm) gülə-gülə mənə yaxınlaşıb dedi ki, səni Azdramada tamaşama dəvət edirəm,xahiş edirəm imkan tapıb gəl. Əvvəl inanmadım,sonra dəvətnaməni çıxarıb mənə verəndə sanki quruyub yerimdə qaldım.Gözlərim qaraldı. Özümü təhqir olunmuş kimi hiss etdim.Tamaşanın quruluşçu rejissoru isə respublikanın tanınmış sənət adamlarından biri və xalq artisti idi...Bu,mənim Akademik Milli Dram Teatrına axrıncı gedişim oldu...



Həmin dövrlərdə respublikada elə bir vəziyyət yaranmışdır ki,idmana verilən qiymət elmə,mədəniyyətə,sənətə,təhsilə verilmirdi. İnsanlar sanki taleyin ümidinə buraxılmış,mənəvi aşınmalara məruz qalırdılar.Bunu yalnız keçid dövrünün fəsadları ilə bağlamaq düzgün olmaz.Çünki həmin vaxt hər yerdə möhtəşəm idman kompleksləri ucalmaqda idi.Bu ögey münasibət ,biganəlik,etinasızlıq bütün sahələrdə özünü göstərirdi ki,bu da durğunluğun yaranmasına, milli və yaradıcı təfəkkürün erroziyaya uğramasına səbəb olurdu.Belə bir dövrdə mən nəsə yazıb nəyinsə haqqında fikir söyləmək,təhlil etmək,rəy yazmaq həvəsində,iqtidarında deyildim.Ürəkdən gəlməyən söz ürəklərə yol tapa bilməz.Süni,bayağı,kiməsə xoş gəlmək üçün nəsə yazmaq mənlik deyildi.Amma Əməkdar incəsənət xadimi,istedadlı dramaturq Firuz Mustafanın Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulmuş “Sehrbaz” əsəri sanki məni yerimdən oynatdı.

Dramaturq Firuz Mustafanın   “ SEHRBAZ”  əsəri səhnələşdirilib - TƏƏSSÜRAT  // VİDEO

Sözün həqiqi mənasında uzun illər çəkdiyim ağrı-acıları bir anın içərisində mənə unutdurdu.Ürək dolusu nəfəs aldım.Deyim ki,çox sevindim.Bir anlıq mənə elə gəldi ki,dünyanın ən qabaqcıl,ən sivil və ən böyük ölkələrinin teatrlarında “Hamletə” və “Solğun çiçəklər”ə baxıram.Və burda tamaşaçılar da olduqca fərqli,olduqca mədəni,olduqca həssas,hissli və duyğuludurlar.Tamaşa haqqında qısa da olsa öz fikirlərimi deyəcəyəm.Ancaq burda məni ən çox maraqlandıran və deyərdim ki təəccübləndirən tamaşaçılardır. Sözün həqiqi mənasında heyrətimi gizlədə bilmədim.Qəlbim iftixarla döyündü.Sanki özümü Moskvada-Mayakovski Teatrında hiss edirdim.Onda mənim də burda tamaşaya qoyulmuş “Blizkiy meridian” (Yaxın Meridan) pyesimin ictimai baxışına bu qədər insan gəlmişdi.Hamısı Moskvanın tanınmış ziyalıları,sənət adamları idi. Burda da belədir.Aydın hiss olunurdu ki, teatra gələn tamaşaçıların əksəriyyəti ziyalılar, elm və sənət adamları, ictimaiyyətin fəal nümayəndələri idi.Ancaq bir fərqi vardı: orda ruslar idi; burda özümüzünkülər.Bizim tamaşaçıların səviyyəsi heç də onlardan aşağı deyildi:Və mən deyərdim ki, bəlkə də əksinə,bizimkilərin səviyyəsi daha yüksəsk idi:Əgər bu,bir tərəfdən bizim tamaşaçıların yüksək mədəniyyət sahibi olduğunun nümunəsidirsə ,digər tərəfdən tamaşanın necə maraqlı olduğunun əyani göstəricisi idi. Sovet təcrübəsindən görmüşdük ki, tədbirlərə, iclaslara,tamaşalara,konsert salonlarına məcburi insan yığırdılar və bunların əksəriyyəti demək olar ki, büdcədə çalışan və dövlət idarəsində işləyən adamlar olardı.Getdikləri tədbirlərin mahiyyəti məqsəd və məramları onları əsla maraqlandırmazdı. Amma “Sehrbaz”ın tamaşasında gördüyüm mənzərə tamam başqa idi. Onlar məcbur və ya nəyinsə ,kiminsə xatirinə gələn tamaşaçılar deyildi,əsl sənətsevər, yüksək intellek sahibi olan insanlar idi.Sözün həqiqi mənasında teatrda qələbəlik idi. Tamaşa zalında və lojalarda oturmağa yer yox idi. Tamaşaya olan maraq bir çox insanları ayaq üstə durmağa məcbur etmişdi. Mən bunu yalnız Firuz Mustafanın “Sehrbaz” tamaşasına olan böyük marağın, onun müəllifinə olan böyük hörmətin və sevginin məntiqi nəticəsi kimi qiymətləndirirəm. Bunu deməyi özümə borc bilirəm ki, Firuz Mustafa adi bir yazıçı və dramaturq deyil, müstəqillik dövrümüzün ilk illərində dramaturgiyamızın ağırlığını çiyninə alan, onun məsuliyyətini dərk edən, öz peşəkar və samballı əsərləri ilə ona əlavə məna və çalarlar bəxş edən çox az saylı sənətkarlarımızdan biridir. Təəssüf hissi ilə deyim ki, məni həmişə narahat edən, düşündürən bir məsələni xüsuailə vurğulamaq istəyirəm ki, hələ indiyə qədər Akademik Milli Dram Teatrı Firuz Mustafa dramaturgiyasına müracıət etməmişdir. Açığını deyim ki, bu məni çox incidir. Firuz Mustafa sadəcə elə belə pyes yazan və müxtəlif vasitələrlə teatrlara yol tapan müəliflərdən deyil, peşəkar dramaturqdur və 30 cildə yaxın seçilmiş əsərləri çap olunub. Onun bir çox pyesləri respublikamızın müxtəlif dövıət teatrlarında, xarici ölkələrdə və o cümlədən Rusiya və Türkiyənin aparıcı teatrlarında tamaşaya qoyulmuşdur.
Ardı var...

DogruXeber.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər