Gündəm


Modern.az saytında "Art Time” rubrikası davam edir. Müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovadır.

- Səbinə xanım, çalışdığınız teatr hazırda bağlıdır. Tamaşalar oynanılmır. Gənc aktrisa kimi özünüzü necə hiss edirsiniz?

- Hiperaktiv adam üçün hər zaman öyrəşdiyi hərəkət, enerji birdən-birə yoxa çıxır. Böyük böhrana düşürsən. Heç nə sənət enerjisini əvəz etmir. Hətta 12 kq da çəki alırsan. Amma düşünəndə ki, bunların hamsı sağlamlığımız, gələcək rifahımız üçündür, əlbəttə ki insane səbrlə gözləmək qalır.

Tez bir zamanda yenidən sağlam tamaşaçıya sağlam ruhumuzun qovuşacağını arzu edirəm.

- Karantin müddətini necə keçirdiniz?

- Reklam, sənədli və bədii film çəkilişlərim oldu. Amma demək olar ki, fasilələr də çox oldu. Maskamı taxıb, krassovkamı geyinib, qulaqcıqlarımı da qulağıma taxıb düşürdüm piyada küçələrin canına.Və gün ərzində hər janrda 4 bədii film izləyirdim.

- Bildiyimizə görə, "Ata ocağı”nda çəkilirdiniz. Hazırda çəkilişlər necə davam edir?

- "Ata ocağı” ailəsi bu il mənə mənəvi dayaq oldu. Tam 5 il öncə Rüfət müəllimin quruluşçu rejissor olduğu "Bir ailəm var” serialında Sevgi obrazını canlandırmışdım. Hətta Almaniyadan tamaşaçılarım yeni doğulan körpələrinə Sevgi adı da qoymuşdular.

İndi də Dilarə obrazım 19 yaşlı gənc, obyektiv, ağıllı, ailəcanlı, dostcanlı bir qızcığaz tamaşaçıların sevimli qəhrəmanına çevrilib. "Ata ocağı” ikinci ailəmə çevrildi.

- 12 kq çəki aldığınızı söylədiniz. Bu hal sizi narahat etmir?

- Stanislavskinin 4 cildlik "Aktyor sənəti” kitabında fit olmaq barədə heç bir yazıya rast gəlmirik.

Aktyor hər zamam formada olmağı bacarmalıdır!!!

"Aktrisa odur ki, lazım olanda kökəlsin, lazım olanda arıqlasın” - D.Krimov deyir.

Bəli, bunu çox tətbiq etmişəm öz orqanizmimdə. Hər obrazın öz çəkisi var zənnimcə. Və o obrazı canlandıracağım gün mütləq bir neçə gün öncə premyerada olduğum çəkiyə qayıtmaq üçün təbii və süni yollardan istifadə edirdim ki, bunu sizlərə məsləhət görmürəm.

Amma təəssüf ki, pandemiyanın ən böyük fəsadı mənim orqanizmimdə baş tutdu.

Hərəkətsizlik, stress və ən əsası enerjinin idarə olunmaması 12 kq surprizlə qarşıladı məni.

Beyin siqnalı olmadığı üçün bu çəkilərdən azad olmaq kimi istəyim yox idi! Hətta o çəkimlə yeni bir obraza da təsdiqləndim. Bu da bir təcrübə oldu həyatımda. Aktyor kimi şüuraltı yaddaşa həkk elədim hər şeyi.

Və Dilarəni belə sevdik, belə sevdirdik. Toppuş, şirin qızcığaz…

- Sizcə Səbinə Məmmədovanın özəlliyi nədir ki, rejissorlar onu öz filmlərinə çəksinlər?

- Mən bütün kodlarımı açmayacam . Amma mənə ən böyük özəlliyi artıq Allah verib.

Qaldı ki sonrasına, insan hər şeyi zəhmətlə əldə edir. Məsuliyyət və zəhmət ən birinci yerdədir mənim üçün.

- Ali təhsilli bir aktrisasınız və kifayət qədər teatr təcrübəniz var. Günümüzdə elə aktrisalar da var ki, bu sənətdən xəbərsizdirlər və filmlərə çəkilib kifayət qədər qazanc əldə edir, məşhurluq qazanırlar. Münasibətiniz maraqlıdır…

- Ali təhsilli aktrisa var ki, ali təhsilsiz aktrisa ondan bacarıqlıdır.

Allah rəhmət eləsin. Fuad Poladov səhv etmirsə belə deyirdi: "Küçədən keçən uzaq başı bir və ya iki uğurlu obraz oynaya bilər.”

Və Bəhram Osmanovun sözü ilə davam etmək istəyirəm: "İstedad sözünü unudun. Hər şey zəhmətdir”.

Qaldı ki qazanca, Lars Nurenin sözləri ilə davam edim: "Həqiqət insanı yüngülləşdirir, amma elə həqiqətlər var ki, gərək onu deməyəsən, susasan”.

- Azərbaycan aktrisaları arasında pərəstiş etdikləriniz olubmu?

- Karifeylərimiz haqqında maraqlanıram, baxıram , öyrənirəm. Leyla Bədirbəyli, Hökümə Qurbanova, Leyla Şixlinskaya, Nəsibə Zeynalova, Nəcibə Məlikova və bir çoxu.

İndi sevdiklərim də az deyil. Mehriban Zəki, Zemfira xanım, Münəvər xanım, Kəmalə xanım, Gülzar Qurbanova və bir çoxu.

- Aktrisa kimi, yoxsa qadın kimi özünüzü daha xoşbəxt hiss edirsiniz?

- Əlbəttə ki aktrisa kimi.

- Bəzi gənc aktrisalar yaşlandıqda unudulmaqdan qorxurlar. Belə bir qorxularınız varmı?

- Hər yaşın öz gözəlliyi var və hər yaşa uyğun obraz var. Düşünürəm ki, öz yaşımın rollarını uğurla oynayandan sonra belə bir qorxum da olmayacaq. Sənətimi çox sevirəm. İnsan sənətə nə qədər çox sevgi verəcəksə, bir o qədər də qəlblərdə yuva quracaq.

- Sizcə yaratdığınız ən uğurlu obraz hansı olub və nəyə görə?

- Zəhmətlə, səbrlə, sevgi ilə yaratdığım bütün obrazlar uğurlu olub.

Səbəb isə öncə dramaturji materialın güclü strukturu və ya ssenarinin gücü, sonra isə rejissorun inamı, kollektivin enerjisi və əlbəttə ki zəhmət. Bunlar varsa, obrazlar da seviləcək.

- Son olaraq bilmək istərdik ki, öz izləyici kütlənizi formalaşdıra bilmisiniz, yoxsa hələ də formalaşdırmaqdasınız?

- Tamaşaçılarımı iki kateqoriyaya bölərdim: birinci teatr tamaşaçıları. İkinci serial və filmlərdən qazandıqlarım. Serialdan bəyənib sonra tamaşalarıma gələn də var.Yalnız teatrdan məni sevən, seriallara çəkilyimə etiraz edən tamaşaçım da var. Deməzdim hazırda yüzlərlə tamaşaçım var. Heç inandırıcı da çıxmaz.

Amma mənə əziz, sevimli, indinin özündə belə səhnəyə qovuşmağı mənim qədər arzu edən dəyərli tamaşaçəlarım var. Allaha şükürlər olsun ki, bu günə kimi ortaya qoyduğum yaradıcı fəaliyyətim özfəaliyyət səviyyəsində qalmayıb. Bu gün mənim ən böyük qazancım məhz bu pandemiya dövründə mənimlə maraqlanan tamaşaçılarımdır.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər