Gündəm

Paşinyanı o əvəz edə bilər

MUMtv.az: - "Armen Sarkisyan öz istefasını prezident postunun dövlət idarəçiliyinə heç bir təsir imkanının olmaması ilə əlaqələndirdi. O, son çıxışlarında bir neçə dəfə bu amili qabardaraq konstitusiya islahatlarına gedilməsinin əhəmiyyətinə toxunmuşdu. Sanki istefa qərarını əsaslandırmaq üçün öncədən təbliğata başlamışdı. Lakin Armen Sarkisyanın bu fikirlərində səmimi olmadığını düşünürəm. Çünki o, hələ prezident seçilməmişdən əvvəl bilirdi ki, yeni konstitusiyaya görə, bütün əsas səlahiyyətlər baş nazirə verilib".

Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, A.Sarkisyanın prezidentlik postundan istefa qərarı ona gələcək siyasi karyerasında əlavə xallar qazandıra bilər:

"2015-ci ildə referendum yolu ilə edilmiş konstitusiya dəyişikliyinə əsasən, prezident simvolik siyasi fiqura çevrilmişdi. Yəni Sarkisyan hal-qaziyyədən xəbərdar idi. Ona görə də onun məhz indi şikayətlənməyə başlaması və istefa qərarı verməsi başqa mətləblərdən xəbər verir.

Bildiyimiz kimi, Ermənistan gündəmində Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşması məsələsi ciddi müzakirə predmetidir. Sarkisyan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası əslində Ermənistanın maraqlarına cavab versə də, ictimai rəy bu addıma qarşıdır. Məhz bu proseslər fonunda Paşinyan komandasının ciddi narazılıqla üzləşəcəyi və xal itirəcəyi gözlənilir. Armen Sarkisyan bir növ ictimai qınağın hədəfindən yayınmaq üçün istefa qərarı verdi. Lakin bu, onun Ermənistan siyasi səhnəsindən getməsi kimi səciyyələndirilməməlidir. Əslində istefa qərarı ona gələcək siyasi karyerasında əlavə xallar qazandıra bilər.

Əgər Ermənistanda davam edən sosial-iqtisadi gərginlik və siyasi xaos hökumətin istefası ilə nəticələnsə, Armen Sarkisyan növbədənkənar parlament seçkilərinə müxalifətin baş nazir postuna vahid namizədi kimi qatıla bilər. Nəzərə alaq ki, ötən il keçirilən rəy sorğularında Armen Sarkisyanın reytinqinin elə də aşağı olmadığını müşahidə etmişik. Sonuncu istefa qərarı isə onun ictimai nüfuzunu daha da artıra bilər".

Paşinyanı o əvəz edə bilər

Son xəbərlər

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Bütün xəbərlər