Gündəm
Gündəm / Siyasət
Paşinyan bu tarixdə istefa verəcək
Ermənistan Baş naziri Nikol Paşinyan aprelin sonunda istefa verəcək.
Axar.az xəbər verir ki, bunu Mənim Addımım fraksiyasının rəhbəri Lilit Makunts deyib.
Onun sözlərinə görə, istefanın dəqiq tarixi hələlik müəyyənləşməyib.
O, hakim partiyasının seçki siyahısının maya qədər tərtib olunacağını bildirib.
Qeyd edək ki, Ermənistanda növbədənkənar seçki 20 iyunda keçiriləcək. Konstitusiyaya görə, seçkiyə iki ay qalmış baş nazir istefa verməlidir.
N.Paşinyan istefa verəcəyini, ancaq baş nazir səlahiyyətlərini icra edəcəyini açıqlayıb.