Gündəm

Qasparyan sabaha qədər vəzifəsindən azad ediləcək
Son günlər işdə gecələyən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan evinə qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd” nəşri yazıb.

Bundan əvvəl Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın Onik Qasparyanın tutduğu vəzifədən kənarlaşdırılması ilə bağlı təqdimatını ikinci dəfə imzalamaqdan imtina edib. Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edərək, 2018-ci ildə "Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna edilmiş dəyişikliklərin konstitusiyaya uyğunluğunun nəzərdən keçirilməsini xahiş edib.

Nəşr yazıb ki, Baş Qərargahın heyəti Qasparyanın işə gəlməsini və yeni təlimatları gözləyir.

Prezidentin "gözlənilməz qərarı"na gəlincə, qəzet qeyd edir ki, Paşinyan Sarkisyanla görüşdən əvvəl hakim "Mənim addımım" fraksiyasının deputatları sosial şəbəkələrdə və müsahibələrində prezidentə qarşı real hücum təşkil ediblər. Hakim fraksiyadan olan deputat Vaaqn Ovakimyan hətta prezidentə qarşı impiçment proseduruna başlamaq ehtimalını elan edib.

Martın 2-də vəziyyət 180 dərəcə dəyişib. Qəzetin yazdığına görə, Paşinyanın Qasparyanı vəzifəsindən kənarlaşdırılması tələbi yerinə yetiriləcək:

"Onik Qasparyan çox güman ki, 4 mart tarixinə qədər vəzifəsindən azad ediləcək".

Xatırladaq ki, 25 fevralda Baş Qərərgah Paşinyanın istefası ilə bağlı bəyanat verib. Bundan sonra ölkədə vəziyyət gərginləşib. Paşinyan Qasparyanın işdən azad edilməsi ilə bağlı prezidentə təqdimat verib.
 
 

Son xəbərlər

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Bütün xəbərlər