Gündəm

Baş Qərargahın yeni rəisi bu gündən işə başlayır,
Artak Davtyan bu gündən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlamış sayılır.

Modern.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bu barədə özünün Facebook səhifəsində bildirib.

Eyni zamanda, Ermənistan hökumətinin saytında da bununla bağlı açıqlama yerləşdirilib.

Açıqlamada Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi qərarından sonra yaşanan hadisələrin bütün xronologiyası əks olunub.

Bildirilib ki, "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" Qanunun müvafiq müddəalarını rəhbər tutaraq, baş nazir 10 mart 2021-ci il tarixində Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi üçün ölkə prezidentinə təqdimat göndərib. 11 mart tarixində prezident Armen Sarkisyan qərarı imzalamayaraq geri qaytarıb.

Prezident baş nazir tərəfindən təqdim olunan qərarı "Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında" Qanunda göstərilən müddətdə imzalamamaqla yanaşı, onu baxılması üçün Konstitusiya Məhkəməsinə də göndərməyib.
Belədə Konstitusiyanın 139-cu maddəsinin 3-cü hissəsini və "Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında" Qanunun 35.1-ci maddəsinin 6-cı hissəsi rəhbər tutularaq, Artak Davtyan 22 mart tarixindən etibarən Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilmiş sayılır.

Ermənistan Müdafiə Nazirliyində isə ehtiraslar səngimir. Məlumata görə, ordu heyəti müdafiə naziri Vaqarşak Arutyunyan ya da baş nazir Nikol Paşinyanın bu gün Baş Qərargah rəisi olaraq Artaq Davtyanı kollektivə təqdim ediləcəyini gözləyir.

Baş Qərargah rəisi vəzifəsindən atılan qiyamçı general Onik Qasparyan isə hələ də geri çəkilmək istəmir. Onik Qasparyanın 5 gündür işə gedib-gəldiyi qeyd edilir.

Verilən məlumata görə, müdafiə naziri Vaqarşak Arutyunyan son günlər Onik Qasparyana məhəl qoymamağa çalışır və bütün təlimatlar Baş Qərargah rəisi vəzifəsini icra edən Qalstyana verilir.

Bu xaotik vəziyyətin Silahlı Qüvvələrdəki atmosferi daha da pisləşdirdiyi və çox güman ki, bu günkü təqdimatdan sonra gərginliyi artıracağı vurğulanır..

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər