Gündəm

Zəngin  ölkəmizin  səfil  vətəndaşı - VİDEO

MUMtv.az: - Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat, o cümlədən Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarlarının bərpası üçün 1,5 milyon manat, Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərində sahilbərkitmə işlərinin aparılması üçün 500 min manat ayrılıb.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.

Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1,5 milyon manat ayrılıb.

Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün 2019-cu il dövlət büdcəsindən 1 milyon manat ayrılıb.

Astara rayonunun Ərçivan–Artupa–Səncərədi–Alaşa–Züngüləş avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsindən 4,9 milyon manat ayrılıb. 

Bütün bunlar toplamda edir 13.700.000 (on üç milyon yeddi yüz min) AZN.

Gördüyünüz kimi, hələ çox uzağa getmədik. Bu Dövlət büdcəsindən Astara rayonu üçün 2018-ci ildən bəri ayrılan məbləğlərdir.

Zəngin  ölkəmizin  səfil  vətəndaşı - VİDEO

Gördüyünüz bu şəkil isə, yox... Afrikanın yoxsulluqdan əziyyət çəkən hər hansısa bir kəndində deyil, məhz yuxarıda büdcəsini hesabladığımız Astara rayonunun Miki kəndində çəkilib. Şəkildə gördüyünüz xanım isə sözügedən kəndin sakini Hüseynova İlhamə Süleyman qızıdır.



Təqdim etdiyimiz videogörüntülərdə gördüyünüz kimi, xanım bildirir ki, kəndin sakinləri əlbir olub, öz büdcələri ilə ona həyətində bir ev tikiblər. Lakin, işsizlikdən əziyyət çəkən kənd sakinlərinin evi tamamilə tikib, başa gətirməyə maddi imkanları çatmayıb. Xanımın istədiyi, yarım qalmış tikintini bitirib, gələcəyin əsgəri olacaq iki oğul övladı ilə həmin evə yığışmaqdır.

İlhamə xanım onu da bildirir ki, evinin tikilməsinə yardım istəmək üçün müraciət etmədiyi dövlət qurumu qalmayıb. İcra başçısı Qəzənfər Ağayev isə 2012-ci ildən bəri İcra Hakimiyyəti başçısı olduğu rayonun bu kimi problemlərini buvaxta qədər görə bilməməsi təəccüb doğurur.

O boyda rayonda bu boyda problemi görməyən İcra başçısı, eşitdiyimizə görə 2020-ci ildə iş otağında bapbalaca videokamera axtarırmış (hər halda yerli saytlardan birində belə yazılıb). Bu məqsədlə də otağının bütün əşyalarını dəyişdirib, otağı təmir etdirən Qəzənfər müəllim, rayondakı problemləri görüb, aradan qaldırmağa çalışsa, otaqdakı kiçicik "problem" (videokamera) ona qətiyyən zərər verməz deyə düşünürük.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Rövnəq Abdullayevin kürəkəninə məxsus sığorta şirkəti 213 min manatlıq tenderin qalibi oldu

Azərbaycanda bu həkimlər rüşvətlə "cərrah" olublar? — Tanınmış teleaparıcı SENSASSİON SİYAHI YAYDI

Bu da Malik müəllimin COB29 TƏDARÜKÜ: SƏN AĞACI HARA ƏKƏCƏKSƏN AXI?.. - İcazə verin şübhələnək...

Dövlət büdcəsini "professional" şəkildə dağıdırlar... "Qurumların səhvləri araşdırılmalıdır" - Video

Baş nazir bu nizamnaməni təsdiq etdi

Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Ermənistana müraciət edir

Körpəlikdə oynanan oyunların faydaları nələrdir?

Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə iş günlərində 6 reys LƏĞV OLUNUR

Ölkənin əsas DANA ƏTİ inhisarçısını KİM(LƏR) HİMAYƏ EDİR? - İLGİNC İDDİALAR

Rüfət Quliyev: "İnsanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur"

Məşhur iranlı həkimin Azərbaycandan çıxışına qadağa qoyula bilər

“Çingiz Aytmatov” ordeni ilk dəfə İlham Əliyevə təqdim edildi

Aqrar Universitet Türkiyədən olan onlarla müəllimə yüzminlərlə vəsait ödəyir — TAM SİYAHI

“ResŞOK: Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı

Aİ III Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etdi

Ölkədən pul çıxaran “Yük Taksisi.Az” şirkəti ilə bağlı nə qərar veriləcək?–Məhkəmə

“Mining Review Afrika” nəşrində “AzerGold” QSC-nin “Ortakənd” layihəsi ilə bağlı geniş məqalə dərc olunub

Quba İH “xərcə düşüb” – Səbəb

Demarkasiya prosesi Naxçıvan sərhədlərini də əhatə edəcək - AÇIQLAMA

Evlilik depressiya riskini azaldır - Alimlərdən maraqlı araşdırma

İlham Əliyev Qırğızıstana getdi

Azərbaycandan Avropaya qaz ixracatı artıb

İcra başçısının qardaşına yeni vəzifə verildi - FOTO

"İrəvan Bakıya sülh müqaviləsinə görə təkliflər paketi göndərib" - Ermənistan XİN

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirildi

Xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb

Qış aylarında immuniteti gücləndirən 6 qida

Qarabağda daha bir yolun inşasına başlanıldı - VİDEO

Xaçmazda "TAXT-TAC OYUNLARI"...

DİN 70 vakansiya elan etdi - VİDEO

Yuxusuzluqla necə mübarizə aparmaq olar?

Bu ərazilərdə qaz OLMAYACAQ

Bütün xəbərlər