Gündəm
Gündəm / Siyasət
"Ən yüksək gərginlik səviyyəsinə çatmışıq"
Baltikyanı ölkələrin NATO-ya daxil olmasını alyansın səhvi adlandıran Rusiyanın fikirləri tamamən absurddur.
Bu sözləri Estoniya Prezidenti Alar Karis deyib.
“Soyuq müharibənin bitməsindən bəri ən yüksək gərginlik səviyyəsinə çatmışıq. Üç Baltikyanı ölkənin NATO-ya daxil olmasını Rusiya yanlış hesab edir. Bu fikir absurddur. Alyansa üzvlük azad və müstəqil Estoniya, Latviya və Litvanın demokratik seçimi ilə baş tutdu”, - deyə Karis bildirib.
Qeyd edək ki, sözügedən Baltikyanı ölkələr 2004-cü ildə alyansa daxil olub.