Gündəm


2022-ci ildə ABŞ mərkəzi bankının (FED) sərt-pul kredit siyasətinə keçməsi inkişaf etməkdə olan ölkələrdə maliyyə və investisiya problemləri yarada bilər. 

"MUMtv.az"  sfera.az-a istinadən bildirir ki, bunu Beynəlxalq Valyuta Fondu (BVF) bəyan edib.

FED ABŞ-da yüksək inflyasiyanın olmasını nəzərə alaraq, bu il ən azı 2 dəfə faizləri artırmaq haqqında qərar qəbul etməyi düşünür. Hazırda 0-0,25 səviyyəsində olan uçot dərəcəsinin 1-2 faiz intervalına, hətta yüksək səviyyə çatdırılacağına dair açıqlamalara rast gəlinir.

BVF hesab edir ki, inkişaf etməkdə olan iqtisadiyyatlar ABŞ-ın faiz artımına hazırlaşmalıdırlar. Burada ən pis variant FED-in gözləniləndən daha sürətli davranması olacaq. BVF düşünür ki, bu halda inkişaf etməkdə olan ölkələrdən kapital axını və valyuta itkiləri güclənəcək.

Qeyd edək ki, Azərbaycan da inkişaf etməkdə olan ölkədir və bu səbəbdən BVF-nin xəbərdarlığının bizə də aidiyyatı var.

FED sonuncu dəfə faiz dərəcələrində kəskin artıma 2015-2018-ci illər arasında gedib və faizlər 0 səviyyəsindən 2,5 səviyyəsinə qədər artırılıb.
Pandemiya ilə əlaqədar FED faizləri yenidən 0 səviyyəsinə qədər endirib və bazarlara böyük maliyyə dəstəyi verib. 2022-ci ildə maliyyə dəstəyi dayandırılmaqla bərabər faizlər də artırılacaq. FED hesab edir ki, faiz dərəсələrinin aşağı səviyyədə olması və uzun müddət monetar genişləndirmənin həyata keçirilməsi birjalarda indekslərin real vəziyyətindən daha çox yüksəlməsinə səbəb olub. Bunun nəticəsində qlobal iqtisadiyyatda "köpüklənmə”nin baş verdiyi bildirilir. FED "köpüklənmə”nin qarşısını almaq üçün faiz dərəcələrinin artırılmasının vacib olduğu qənaətindədir.

Bu halda Azərbaycan üçün hansı risklər yarana bilər?

Azərbaycan üçün ən böyük riski neftin ucuzlaşması ehtimalı yaradacaq. Digər amillər, o cümlədən kapital axınının güclənməsi ehtimalı yoxdur. Çünki Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etməyib, bazarda aparılan əməliyyatların böyük hissəsi dövlət şirkətləri ilə bağlıdır, buna görə də xarici təsirlər bazarda ciddi dəyişiklik yaratmır.

Bizim üçün ən böyük təhlükə FED-in faizləri qaldırmasından sonra Dollar İndeksinin yüksəlməsi və qlobal tələbin zəifləməsi olacaq. Bu halda neftin ucuzlaşması ehtimalı güclüdür. Əgər neftin qiymətində kəskin eniş olarsa, o halda Azərbaycan cari əməliyyatlar balansında kəsirin yaranması riski ilə üzləşəcək.

Lakin neft qiymətlərinin "OPEC+” birliyi tərəfindən tənzimlənməsi də unudulmamalıdır. Bu şərtlər daxilində isə neftin qiymətinin aşağı səviyyədə uzun müddət qalması ehtimalı çox zəifdir.



Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər