Gündəm

Ermənistan NATO-nun təlimindən NİYƏ İMTİNA EDİB? - İLGİNC SƏBƏB

 

 
Mumtv.az: - Gürcüstanda ABŞ-la birgə "Agile Spirit 2021” ("Çevik ruh”) çoxmillətli hərbi təlimlər keçiriləcək.

İyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam edəcək. ABŞ ordusunun mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2 500-ə yaxın hərbi heyət iştirak edəcək.

Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

"Agile Spirit 2021” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq. Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.

Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda keçiriləcək "Agile Spirit 2021” ("Çevik ruh 2021”) adlı təlimlərində iştirak etməyəcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyindən "Sputnik Armeniya”ya bildiriblər. Qeyd edək ki, Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir. Ermənistan hərbçiləri də ötən illərdə belə təlimlərdə dəfələrlə iştirak edib. Buna görə də indiki imtinanın səbəbləri maraqlıdır.

Cebhe.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan bundan sonra bu tip təlimlərə daha sıx qatılacaq:

""Agile Spirit 2021” çoxmillətli hərbi təlimləri 4 gün sonra start götürəcək. Bu təlimlər Gürcüstan Müdafiə Nazirliyi ilə ABŞ ordusunun Avropa və Afrika komandanlığının birgə rəhbərlik etdiyi komanda qərargah təlimləridir. Gürcüstan bu tip təlimlərin keçirilməsində çox maraqlıdır. Ermənistan ordusu bu təlimlərdə iştirak etməyəcək.

Bu da o deməkdir ki, erməni ordusu hələ də dalanda olduğunu göstərir. Təlimlərin əsas məqsədi ABŞ ilə Gürcüstanın mütəffiq və regional tərəfdaşları ilə birgə döyüş hazırlığının, qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsini, regional təhlükəsizlik sahəsində birgə əməkdaşlığı gücləndirməkdir”.

Hərbi ekspertin fikrincə, bu təlimlərdə sürpriz ssenarilər və proqramlar olacaq:

"Bu təlimlərdə çoxlu sürprizlər olacaq. Birincisi, Gürcüstan tərəfindən istehsal olunan yerli "Didgori-1” və "Didgori Medevak” hərbi döyüş maşınlarını bu təlimlərdə ilk dəfə müşahidə edə biləcəyik. İlk dəfə Gürcüstan, Birləşmiş Krallıq və Polşa birgə hava desant əməliyyatları keçirəcək. Ümumiyyətlə, sürpriz proqramlarla və senarilərlə qarşılaşmağımız mümkündür.

Bu təlimlər Gürcüstanın 5 poliqonunda həyata keçiriləcək. Ərazinin bu qədər geniş olması sürprizlərin olmasını istisna etmir. Belə gərgin vəziyyətdə təlimlərin Rusiya sərhədləri yaxınlığında keçirilməsi əslində rusları qıcıqlandırıb. İndiki vəziyyətdə Rusiya döyüş əməliyyatlarının başlanmasına imkan verəcək addımlar atmayacaq”.//dia.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər