Dünya
Dünya
Simonyan Putinin təbliğatının axırına çıxır
Estoniya Rusiyanın RT televiziyasının yayımını qadağan edə bilər.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı televiziyanın baş redaktoru Marqarita Simonyan yayıb.
"İspan və ərəbdilli əhalini RT-dən müdafiə aksiyasına Estoniya da qoşulub. İndi bizim kanalı Latviya və Litvanın ardınca burada da qadağan edə bilərlər”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Estoniya Xarici İşlər naziri Urmas Reynsalu ölkənin Rusiyanın təbliğat kanalı olan RT-nin yayımının dayandırılması üçün Latviyanın praktikasını öyrəndiklərini açıqlamışdı.
Simonyanın ifrat təbliğat siyasəti nəticəsində artıq bu kanal bir çox ölkədə qadağan edilib.