Gündəm

İsmayıllı səhiyyəsində qohum-əqrəba mafiyası,ölkə qanunlarını saya salmır

MUMtv.az: - İsmayıllı səhiyyəsi barəsində azerinfo.az saytına maraqlı məlumat daxil olub.Məlumatı göndərən şəxs şahmat məktəbində işlədiyini göstərir.Adının çəkilməsini istəməyən şəxs bunları qeyd edir.
Rayon səhiyyəsi public sığorta sistemində işləməsinə baxmayaraq burada pasiyentlərin dərisini soyurlar.Pul verməsən həkimlər səni başdansovdu eləyəcək və düzgün olmayan, necə gəldi diaqnoz ilə yola salacaqlar.Həkimlər açıqca pul tələb edirlər.Deyəndə ki,biz əmək haqqımızdan aylıq sığorta pulu veririk, cavab bu olur ki,nə olsun biz də veririk.Bunun həkimlərə nə dəxli var?
Pul verməsən səni uzun-uzadı süründürməçilik yolu ilə bezdirəcəklər.Hətta analizə pul verməyənlərə dərman yoxdur gedin Göyçayda, Qəbələdə, Ağsuda analiz verin deyərək xəstələri yollara salırlar.Bu günlərdə tibbi müayinədən keçmək üçün xəstəxanaya kollektiv şəkildə getmişdik.Baş həkim Nərgiz Rəhimova bizə dirəşdi ki,15 manat verməlisiniz.Bunlar hər adam görə 15 AZN pul tələb edirlər.
Xəstəxanada istənilən əməliyyat üçün xəstə sahiblərindən pul tələb olunur.Uzi aparatları 5-10 manata xidmət göstərir.Ginekologiya şöbəsi,doğum evi,bir sözlə, İsmayıllıda səhiyyə bərbad vəziyyətdədir.Burada həm xidmət sıfıra bərabərdir,həm də qanunlara zidd olaraq pul tələb olunur.Xəstələrə lazım olan bütün iynə-dərmanlar öz hesablarına aldırılır.
Xəstəxananın baş həkimi Nərgiz Rəhimova, səhiyyə direktoru Vidadi Rəhimovun əmisi gəlinidir.Qanun nə dərəcədə icazə verir ki,iki yaxın qohum bir müəssisədə rəhbər postlarını zəbt etsin.
Səhiyyə nazirliyi, dövlət qurumları təcili olaraq bu məsələ ətrafında ciddi tədbirlər görsünlər.Çünki əhali rayon səhiyyəsinin fəaliyyətindən faktiki olaraq narazıdır.Burada bazar qaydaları hökm sürür.Hər şey kağız üzərində pulsuz,realda isə pulludur.Həm də həkim və tibb işçiləri açıqca dirəşib pul tələb edirlər.Qanunlara məhəl qoyan yoxdur.Qanunu yada salanda adama lağ edərək, "Azərbaycanda qanun var?" deyərək cavab verirlər.
Xahiş edirik, bu problemin ölkə mətbuatında ictimailəşdirilməsini təmin edəsiniz.
Redaksiyadan:Mövzu ilə bağlı tezliklə çəkiliş qrupumuzun İsmayıllıya ezam olunması və səhiyyənin monitorinqini həyata keçirilməsini təmin edəcəyik.

Azerinfo.az məktublar şöbəsi.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər