Gündəm

Sumqayıtda da HƏKİM HƏBSLƏRİ OLA BİLƏR... - Gedişat bunu göstərir...

MUMtv.az: - Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronaviruslu xəstələrlə işləyən əməkdaşları fevral-mart ayları üçün əlavə ödənişləri hələ də ala bilməyiblər.

Bu barədə Meydan TV-yə stansiyanın adlarının açıqlamasını istəməyən bir neçə həkimi məlumat verib.

Onların sözlərinə görə, bir aydan artıqdır problemin həll olunacağı vəd edilsə də, hələ nəticə yoxdur. Koronaviruslu xəstələrlə işləyən həkimlərin ödənişini təmas saatına görə maaşa əlavə etmək istəyiblər.

Stansiya TƏBİB-in nəzarətindədir.

Həkimlərdən biri bildirib ki, 3 briqada koronaviruslu xəstələrlə işləyir:

"Dayanmadan işləyirik. Amma vaxtında əlavə ödənişlər verilmir. Yoluxan həkimlər KT müayinəsindən öz hesabına keçib, dərmanları özümüz alırıq. Hər gün həyatımız təhlükədədir, nəzərə alın ki, koronavirusun tək əlaməti yüksək hərarət deyil”.

Stansiyadan məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə məsələ ilə bağlı sorğu göndərilməsini istəyiblər. Yazılı sorğuya isə hələ cavab verilməyib.

Bakıdakı Kliniki Tibbi Mərkəzin (Semaşko kimi tanınır) əməkdaşları isə əlavələrin azaldılması və vaxtında ödənilməməsindən president.az saytına şikayət yazdıqlarını deyiblər. Kütləvi şikayətdən sonra xəstəxana əməkdaşlarının əlavələri ödənilib.

"Koronaviruslu xəstələrlə işləyən həkim kimi bir ildir ayda 1250 manata yaxın pul alıram. Şikayətlərdən sonra 1500 manatdan artıq pul verildi. Bəlli oldu ki, tək həkimlər deyil, tibb bacıları, sanitarlara da artıq ödənilib. Dedilər ki, şikayətinizi geri götürün və hər şeyin yaxşı olduğunu yazın. Tibb işçiləri ödənilməli olan konkret məbləği soruşdular. Çünki pulumuzun bizdən xəbərsiz kəsildiyini düşünürük. İndi də deyirlər ki, artıq ödənilib, bu ay maaşdan çıxarılacaq”, – həkimlərdən biri Meydan TV-yə danışıb.

 

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər