Gündəm

İsmayıllı rayon Hacıhətəmli kənd icra nümayəndəsi haqqında deyilənlərə dərhal reaksiya verdi - Video-Foto faktlar


Bu ilin may ayından etibarən Hacıhətəmli kəndində su problemi yaşanır.Havalar isindikcə bu problem daha da dərinləşir.Əhali içməyə daxil olmaqla, mal-qarası üçün gerçəkdən su tapa bilmir.Sakinlər dəfələrlə yerli icra nümayəndəliyinə, bələdiyyə şurasının sədri və üzvlərinə müraciət edərək kömək istəyirlər.Hər dəfə də arxayın olun, rayon rəhbərliyinə məruzə olunub, yaxın günlərdə problem həll olunacaq deyərək əhalini sadə dildə desək yola veriblər.
Əslində nə baş verir.



Bu günlərdə kənd sakinləri təqaüdçü müəllimlər Şahlar Əhmədov, Fəzayıl İsmayılov və Səməd İsmayıllı rayon icra hakimiyyətinin başçısı cənab Nahid Bağırovun qəbuluna gedərək baş verənləri detallarına kimi diqqətə çatdırmışlar.Bu görüşdən cəmisi iki ya üç gün sonra şəxsən başçının göstərişi ilə problem həll olunmuş və su problemi yaşayan kəndin bir hissəsi su ilə təmin olunmuşdur.Ancaq bu problemlə bağlı kənd icra nümayəndəliyi və bələdiyyə rəhbərliyə hər hansı müraciət etməmişdir.Deməli,uzun yay günlərində ancaq əhaliyə yalan söyləməklə məsuliyyətdən kənarda qalmağa nail olmuşlar.
Bəli, bunun bir adı var.Vəzifə hərəkətsizliyi.Yəni vəzifəsinin öhdəsindən gələ bilməmək,ya da hansısa kənar təsirlərin nəticəsində işinə laqeyd münasibət.



İcra nümayəndəsi cənab Nazim Ağakişiyev bu məlumatdan dərhal sonra saytımıza bəzi video görüntülər və fotolar göndərdi.
Əvvəla hörmətli Nazim müəllimin diqqətinə çatdırmaq istəyirik ki, kənddə su problemi hələ may ayından başlayıb.Sonrası da həmin Ruşan kəndində qeydə alınan su nohuru da elə həmin dönəmlərdə təşkil olunub.Yəni Hacıhətəmli kəndinə gedən su xətti may ayının əvvəlində deşilib və belə bir göl əmələ gəlib.Bəs hörmətli nümayəndə bu haqda rayon rəhbərliyinə, yaxud prokurorluğa müraciət edibmi?Axı qanunvericilik qaydalarına görə yaşayış massivlərinə gedən su xəttlərinə qanunsuz və icazəsiz olaraq müdaxilə ya qoşulma, cinayət məsuliyyəti nəzərdə tutur.Niyə müraciət etməmisiniz,hörmətli nümayəndə?
Video çarxdan göründüyü kimi suyun mənbəyində itkiyə səbəb olacaq kənar axıntılar var ki, bu da öz növbəsində su itkisinə səbəb olur.Niyə mənbədə hər-hansı təmir ya toplama,yığma proseduru aparılmayıb?
Sizin Ruşan kənd icra nümayəndəsinə yazmış olduğunuz məktub 12 avqust 2021- ci il tarixində yazılıb.Çox tələsmisiniz,gözləyəydiniz dekabr ayında məktub yazardınız.Niyə bu vaxtadək müraciət etməmisiniz?
Bunun da bir adı var.İnsanları dövlətdən,dövlətçilikdən çirgindirmək,vətəndaşlar və hakimiyyət qurumları arasında inamsızlıq yaratmaq və yekunda vətəndaşları qeyri-qanuni üsullardan istifadə etməyə vadar etmək.Məsələn:Yolu bağlamaq, mərkəzi hakimiyyət orqanlarının qarşısında aksiyalar, kütləvi şikayət, kütləvi informasiya vasitələrinin işə cəlb olunması və mənfi imicin formalaşdırılması.Niyə,kimdir günahkar? Əgər yerli nümayəndəlik, bələdiyyə vaxtında tədbir görsəydi, vəziyyət bunca əndazədən çıxmazdı.
Bu problem barəsində bizim də bilgilərimiz var.Xahiş edirik ki,əlinizdə olan faktlar barəsində məlumat verəsiniz.Məsələ barədə rayon prokurorluğuna müraciət edəcəyik.
Araşdırmalarımız davam edir.Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Bir daha qeyd etmək istəyirik ki,kəndlərdə icra nümayəndələri və bələdiyyə şuraları işləmir.Əhalini rayon rəhbərliyindən narazı salanlar məhz bunlardır.Rayon boyu bütün nümayəndəliklər və bələdiyyələr barəsində araşdırma aparacağıq.

Azinfo.tv-Kendtv.info


İsmayıllı rayon Hacıhətəmli kənd icra nümayəndəsi haqqında deyilənlərə dərhal reaksiya verdi - Video-Foto faktlar
İsmayıllı rayon Hacıhətəmli kənd icra nümayəndəsi haqqında deyilənlərə dərhal reaksiya verdi - Video-Foto faktlar
İsmayıllı rayon Hacıhətəmli kənd icra nümayəndəsi haqqında deyilənlərə dərhal reaksiya verdi - Video-Foto faktlar
İsmayıllı rayon Hacıhətəmli kənd icra nümayəndəsi haqqında deyilənlərə dərhal reaksiya verdi - Video-Foto faktlar

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər