Gündəm

Cəlilabadda sakinlərə problem yaradan
Bu gün səhər saatlarında Cəlilabad rayon Muğan kənd sakinləri redaksiyamıza şikayət ediblər.
 
Onlar Moderator.az-ın əməkdaşıyla söhbətləri zamanı bildiriblər ki, əkdikləri kartofu satmaq istəsələr də özlərini Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim edən iki qardaş onlara problem yaradır. 
Kənd sakinləri bildiriblər ki, yayda ancaq qazanc yeri kimi gözlərini əkdikləri kartofa dikiblər. Amma onun da satılması zaman hər dəfə onlara süni problemlər yaradılır. Onların sözlərinə görə "dəllallıq” edən Saməddin və Samid qardaşları özlərini Dövlət Gömrük Komitəsinin əməkdaşları kimi təqdim edərək, kənddən Rusiyaya kartof daşıyan "TIR” sürücülərinin sənədlərini əllərindən alıblar. Sakinlərə problem yaradan şəxslərdən biri də adı çəkilən iki qardaşlara havadarlıq edən Maşlıq kənd sakini Əlövsət adlı şəxsdir. Saməddin və Samid qardaşları isə Masallı rayonundadırlar. Bu səbəbdən də sakinlərin kartofunu alan alverçilər onu Rusiya bazarına çıxara bilmir və məcbur olub malı geri qaytarırlar. Məsələn, beş gün öncə hər "TIR” üçün 2200 dollar pul ödənirdisə, indi bu qiymət 3500 dollara qaldırılıb. 
Sakinlər bu gün kəndin icra nümayəndəsi Rəzzaq İsbarovla birlikdə kənddəki "TIR” parkına gedərək orda sürüclərlə söhbət ediblər. Sürücülər bildirib ki, onlar da Saməddin və Samid qardaşlarının bu "qoçu"luğunun qarşısında aciz qalıblar. 
 
Ona görə də vətəndaşlar məcbur olub Moderator.az-a üz tutublar. Onlar bildiriblər ki, mövcud problemlə bağlı çox təəssüflər olsun ki, rayon rəhbərliyi də maraqlanmır.
Qeyd edək ki, Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalov ötən ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs ediləndən sonra hələ də rayona yeni icra başçısı təyin olunmayıb. Vətəndaşların sözlərinə görə N. Zeynalovun həbsdindən sonra rayonda hərc-mərclik baş alıb gedir. 
 
Redaksiyadan: Heç şübhə yoxdur ki, həmin qoçuların Dövlət Gömrük Komitəsi ilə əlaqəsi yoxdur, bu kəmfürsətlər sadəcə vəziyyətdən sui-istifadə edərək komitənin adına xələl gətirən qanunsuzluqla məşğuldurlar. Moderator.az komitə sədri hörmətli Səfər Mehdiyevin məsələyə müdaxilə edərək həmin qoçuları haqq etdikləri yerə göndərəcəyinə şübhə etmir.
Vasif Əlihüseyn

Son xəbərlər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

Bütün xəbərlər