Gündəm

Problemlər içində çabalayan kənd - VİDEO - BİABIRÇILIQ!




 
 
 




Samux rayonunda olduğumuz zaman bizə müraciət etmiş kənd camaatının görüşünə tələsdik. Söhbət Samux rayonu Lək kəndindən gedir. Biz kəndə girəndə bütün sosial problemlərlin ağuşunda can verən imiş kimi bir kənd mənzərəsi ilə rastlaşdıq. Bütün dövlət qayğılarından uzaq bir kənd. Biz camaatla görüşüb söhbət edəndə bir daha bu problemlərin rayon rəhbərliyinin yarıtmaz siyasətindən və aidiyyatı qurumların laqeydliyindən biganəliyindən yarandığının şahidi olduq. Dövlətimizin başçısı İlham Əliyev cənablarının müxtəlif dövrlərdə imzaladığı sərəncamlar Regionların Sosial -İqtisadi inkişafı haqqında haqqında verdiyi fərmanlar sanki bu kəndə heç şamil olunmub. Respublikamızda qazlaşma siyasətinin uğurla getdiyi halda bu neçə illərdə bu kəndə gəlib çatmıb. Bu gün ən uzaq əyalətlərdə, ucqar bölgələrdə qaz olduğu halda sakinlərin dediyinə görə ana qaz xəttinin hardasa 200-300 metr məsafədən keçməsinə baxmayaraq bu kəndə qaz çəkilişi nədənsə baş vermir.

Müsahibimiz Quliyev Əli İskəndər oğlunun dediklərindən: 22-ildən artıqdır ki, burda yaşayış var. Hələ bəzilərinin dediyinə görə 27-ildən çoxdur ki, burda evlər var. Öz daxili imkanlarımız hesabına camaatın dəstəyi ilə kəndə işıq çəkmişik. Özüdəki heç bir texniki şərt almadan, mütəxxəsis rəyi olmadan ağacların üstü ilə qarışıq məftillərlə ışığı çəkib gətirmişik. Artıq bu xətlərdə öz istismar müddətini başa vurduqdan tez -tez qapanmalar baş verir, hər an təhlükə ilə üzləşirik.

Yağış yağanda, boranda qarda,külək əsəndə belə bu xətlərdə qısa qapanma baş verir, qəza vəziyyəti yaranır. İşıq dirəkləri bərbad vəziyyətdədir. Bəziləri sanki aşmış kimidir. Ölüm təhlükəsi ilə üz-üzəyik. Kəndə olduqca sosial problemlər mövcuddur. Su yoxdur. Yol yoxdur. Avtobus kəndin yarısına qədər gəlir. Nə qədər yolu piyada qət edirik.

Başqa bir sakinin dediklərindən:Dəfələrlə kənd camaatı rayon icra hakimiyyətində,şəxsən başçının qəbulunda olublar. Qaz çəkilişi ilə bağlı dəfələrlə şəxsən həm başçıya həmdə əlaqədar qurumlara müraciət olunub. Amma gəl işimiz sanki tilsimə düşür. İşıq naqillərində qəza vəziyyəti yarandığı üçün hər hansı yanğın təhlükələri,insan ölümləri ilə nəticələnən hər hansı bədbəxt hadisələr baş verə bilər. Çox təssüflər olsun ki nə Fövqəladə hallar nazirliyinin yerli regional idarələri nə də Azərenerjinin, Azərişığın yerli qurumları belə bir baş verə biləcəyi fəlakətin, bədbəxt hadisəlırin qarşısının alınması üçün qabaqlayıcı tədbir görmürlər. Bu gün kənd camaatının çoxusunun işığa xeyli borcu yaranıb. Qaz yox,odun yox ancaq tələbat işığa oldüğu üçün əksəriyyət bu borcla yüklənib. Çoxusunun artiq işığı kəsilmək təhlükəsı üzrədir. Limitdən artıq işlətdiyi üçün yaranan borcu vaxtlı vaxtında ödəyə bilmir. Videodan göründüyü kimi qoca nənənin söylədikləri :

Artıq neçə illərdir ki camaat qaz problemi ilə üz -üzədir. Bu sevincli xəbərin nə vaxt reallaşacağını səbirsizliklə gözləyirik. Hətta bəziləri də mənim kimi banka pul köçürtdülər ki, yaxın günlər də qaz çəkilişi baş verəcək. Amma nəticədə nə bu baş verdi, nə də pullarımız qayıtdı. Bizim güzaranımızla maraqlanan yoxdu. Qış qabağı camaat gedib icra hakimiyyətindən qızınmaq üçün odun istədi. Camaatı arxayın edib geri qaytardılar ki narahat olmayın odun olacaq. Amma qış da qurtardı odun gəlməz oldu. Dərdimizi söyləməyə bir məsul şəxs tapmırıq. Pandemiya ilə əlaqədar kasıb əhalıyə paylanması nəzərdə tutulan yardımlar öz ünvanına düzgün çatmır. Kəndin məsul şəxsləri öz tanışlarına, qohumlarına və bəzəndə buna heç ehtiyacı olmayanlara paylayırlar. Ehtiyacı olanlara verilmir.

Kənd camaatının arzusu kəndə qaz çəkilməsi ilə bağlıdır. Onlar başqa problemlərə bir təhər dözərik əsas qazımız olsun deyirlər. Onlar bizim vasitəmizlə Dövlət başçısı cənab İlham Əliyevə, 1-ci Vitse Prezident xanım Mehriban Əliyevaya müraciət edərək onların problemləri barədə aidiyyatı qurumlara tapşırıq vermələrini və bu işi nəzarətə götürmələrini xahiş edirlər.
Bizdə Azinfo TV olaraq,hər zaman möhtərəm prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasəti, aparılan uğurlu islahatları dəstəkləyən, daim Dövlətə Dövlətçiliyə xalqa millətə xidmət edən KİV olaraq bu müraciətə qoşularaq Samux rayonu Lək kəndinin sakinlərinin problemlərinin yaxın günlərdə öz həllini tapacağına inanır və əminik ki, Cənab Prezidentimiz İlham Əliyev, 1-ci Vitse Prezident xanım Mehriban Əliyeva Samux rayonu Lək kəndinin sakinlərinin müraciətlərini nəzərə alıb onları öz arzularına çatdıracaqdır. Amin İnşallah.

Biz bu məsələni yerində icra hakimiyyəti rəsmilərinin, aidiyyatı qurumların və şikayətçilərin birgə iştirakı ilə araşdırmağ üçün müraciət etsəkdə nə bizi qəbul etdilər,nə şikayətçiləri nə də telofonlarımıza cavab verən tapılmadı. Dəfələrlə 0222751144, 0222751006 və Tahir adlı icra hakimiyyəti rəsmisinin 055-311-67-33-nömrələrini yığsaqda bir sükutla üzləşdik. Bu gün Samux rayonunda Lək kəndinin camaatının, Sərkar kəndinin vətəndaşının müraciətlərinə niyə baxılmır? İcra başçısı son dövrlər baş verən olaylardan nəticə çıxarmırmı? Camaatı öz Dövlətindən öz Prezidentindən narazı salmağın məqsədi nədir? Niyə bu islahatlar,bu reformalar, bu güzəştlər Samux rayonuna çatmır? İcra başçısının bu kənd camaatı ilə problemi nədir?Əlbəttə suallarımız çoxdur. Amma bu suallara cavab verə biləcək bir rəsmi dövlət məmuru Samuxda yoxdu. Araşdırmalarımızı davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər