Gündəm


Koronavruslu xəstələrlə işləyən həkimlərin əməkhaqqına edilən əlavələrin 50 faiz azaldıldığı bildirilir.

Meydan TV-yə bu barədə adının açıqlanmasını istəməyən baş həkim məlumat verib. Onun sözlərinə görə, tibb işçilərinə bu haqda martın 11-də məlumat verilib. Bildirilib ki, həkimlərin maaşına əlavələr 50 faiz, tibb işçilərin maaşına əlavələr isə 30 faiz azaldılıb:

"Tibb işçiləri dekabr ayından indiyədək koronaviruslu xəstələrlə işlədikləri üçün əlavələri ala bilmirlər”.

Məlumatı Meydan TV-yə Klinik Tibbi Mərkəzdə çalışan iki həkim də təsdiqləyib.

Şikayətçilər deyiblər ki, hələlik adlarının açıqlanmasını istəmirlər, çünki narazılıq edənlərə son 3 ayın əlavələri ödənilməyə bilər:

«Səbəb kimi son vaxtlar infeksiyaya yoluxanların sayının azalması göstərilir. Lakin əvvəlcədən xəstələrin sayının azalacağı təqdirdə ödənişlərin kəsiləcəyi ilə bağlı xəbərdarlıq edilməyib. Xəstə sayı azalsa da, gərgin rejimdə çalışmışıq, günlərlə yaxınlarımızın, doğmalarımızın üzünə həsrət qalmışıq. Aramızda xəstəliyə yoluxanlar çoxdur. İş prosesində yoluxsaq da, öz vəsaitimizlə müalicə almışıq. Bizə əməkhaqqı ödəmək istəmirlər, amma Kubadan dəvət edilən həkimlərə 6 min avro maaş ödənilib. Halbuki biz onlarla bərabər, həyatımızı təhlükəyə atıb işləmişik».

Həkimlərdən biri deyib ki, xəstəxanada şöbələr sığortalı xəstələr üçün hazırlanır. Narazı həkimlərə ixtisar adı ilə işdən uzaqlaşdırılacaqları ilə bağlı hədə-qorxu da gəlinib:

«Təsəvvür edin, elə vəziyyət yaranıb ki, TƏBİB Səhiyyə Nazirliyinə rəhmət oxudur. Heç kim TƏBİB rəhbərliyinə yaxın düşə bilmir, yazılan müraciətlərə baxılmır. TƏBİB-in binası qalaya çevrilib, həkimlər qəbula gedib dərdin deyə bilmirlər, Ramil Bayramlının qapısı önündə bir neçə mühafizəçi keşik çəkir. Baş həkim və onun müavinləri də həkimləri dinləmir, çünki problem yuxarı qurumlardan qaynaqlanır. Gələn ay Bakıda tibbi sığorta tətbiq ediləcək, ancaq həkimlərin özləri belə tam məlumatlı deyil. Bir az pulu, adamı olanlar özəl klinikalara gedirlər, yarı faizə işləmək daha sərfəlidir. Həkim dolanmaq üçün xəstəyə yüklənir, çünki məcburiyyət qarşısında qalıb».

Koronaviruslu xəstələrlə işləyən təcili yardım həkimlərindən biri isə bildirib ki, ilin əvvəlindən əlavələrin azaldılacağını elan etməyiblər. Onsuz da koronaviruslu xəstələrlə işləmək istəyənlər azdır, bu qərardan sonra daha da azalacaq: «Təcili yardımda çalışanların əksəriyyəti orta yaşlı həkimlərdir. Cavanlar nə dövlət xəstəxanalarında, nə də təcili yardım xidmətində işləmək istəmirlər. Gərgin rejimdə çalışırıq, buna baxmayaraq əlavə ödənişlər də kəsilib. Artıq prossesə nəzarəti itiriblər, şikayətlərə baxan yoxdur».

Həkimlər onu da deyirlər ki, pulun azalması müqabilində iş saatı azaldılmayıb. Onlar iş günlərinin azaldılmasını təklif edirlər. Hazırda ölkə rəhbərliyinə müraciət üçün imza toplandığı bildirilir.

Nazirlər Kabineti ötən ilin martında "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində əlavələr ödənilməsi nəzərdə tutulub. Tibb işçiləri sonuncu dəfə bu ilin yanvarında dekabr ayının əlavə ödənişlərini ala biliblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə açıqlamasında bildirib ki, yanvar ayı üzrə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələrin ödənişi davam edir. Ödənişlərin 11 mart tarixində başa çatması nəzərdə tutulur. Dövlət tibb müəssisələri tərəfindən siyahılar göndərildikdən sonra agentlik fevral ayı üzrə də ödənişlərə başlayacaq.

Ancaq həkimlər bildiriblər ki, martın 11-də günün sonunadək əlavələr ödənilməyib.

Yazı dərcə hazırlanarkən Meydan TV təkrar şikayətçilərlə əlaqə saxlayıb və onlar hələ də pullarını ala bilmədiklərini bildiriblər:

"Hələ almamışıq. Deyiblər ki, yanvar ayı üçün 50 faiz az ödəniləcək”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər