Gündəm

FHN-in hospitalında işçilərin maaşları verilmir? - Nazirlik məsələyə aydınlıq gətirdi
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

 
 
 
 

Fövqəladə Hallar Nazirliyi (FHN) Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının əməkdaşlarının əməkhaqlarını ala bilməməsi ilə bağlı məsələyə münasibət bildirib.

FHN-dən bildirilib ki, paytaxtın Zığ qəsəbəsində yerləşən Modul Tipli Hospital ən müasir standartlara cavab verməklə koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsində mühüm rolu var:

"Təəssüflə qeyd etmək lazımdır ki, son günlər bəzi sosial şəbəkə səhifələri və kütləvi informasiya vasitələrində hospitalın fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılmaqdadır.

 

Belə ki, vaxtilə hospitalda çalışmış, müqavilə müddətinin bitməsi və ya işində yol verdiyi nöqsanlar səbəbindən vəzifəsindən kənarlaşdırılan bəzi şəxslər qanunsuz şəkildə işdən azad edildiklərini əsassız olaraq iddia etməklə, müəssisənin yüksək rəğbət qazanmış fəaliyyətinə kölgə salmağa çalışırlar. Əsasən də bu ilin yanvar ayı üzrə əməkhaqlarının gecikdirilməsini əsas gətirən bəzi işçilər bu məsələni başqa istiqamətə yönəltməyə və bununla da ictimai fikri çaşdırmağa cəhd göstərirlər.

Məsələ ilə bağlı bildirirk ki, fəaliyyəti dövründə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalında 2 500 nəfərdən çox tibb və qeyri-tibb personalı müqavilə əsasında fəaliyyət göstərib. Bu müddət ərzində işçi heyəti üçün bütün zəruri və lazımi şərait yaradılıb, onların qanunvericiliyə uyğun olaraq əmək müqaviləsində göstərilmiş tələbləri təmin olunub.

Hospitalda yanvar ayı üzrə əməkhaqlarının gecikməsi ilə bağlı vurğulayaq ki, qanunvericiliyə uyğun olaraq personalın əməkhaqqı müvafiq dövlət qurumlarında razılaşdırıldığından bu, bir qədər vaxt itkisinə səbəb olub.

Artıq məsələ həllini tapdığından yaxın günlərdə modul tipli hospitalın bütün əməkdaşları əməkhaqlarını alacaqlar”.

"Onu da qeyd edək ki, koronaviruslu xəstələrin müalicəsi ilə bağlı son aylar dövlətimiz tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində vətəndaşlar arasında virusa yoluxma hallarında kəskin azalma müşahidə olunub. Hospitalda xəstə sayının azalması xidmət heyəti ilə qanunvericiliklə müəyyən olunmuş müqavilələrə xitam verilməsinə səbəb olub. Müqavilələrə xitam verilərkən əməkdaşların peşəkarlığı və nizam-intizamı nəzərə alınıb. Daha yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşlarla müqavilə müddəti yarımştat cədvəli əsasında uzadılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının bütün əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, sosial sığorta ilə təmin olunublar.

Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək daxil olan məlumatları ictimailəşdirməzdən əvvəl nazirliklə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq”, - deyə nazirlikdən bildirilib.


Son xəbərlər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

Bütün xəbərlər