Gündəm

 

 

 

 

 

 

 

Artıq bir müddətdir ki, sosial şəbəklərdə bəzi həkimlərin müxtəlif xəstəlikdən ölən şəxsləri koronavirusdan ölmüş kimi qeydiyyata alınması müqabilində onların yaxınlarına pul təklif etmələri haqda məlumat yayılır. İddia edilir ki, bu həkimlər ölən şəxsin qohumlarına bunun əvəzində 400-500 manat civarında pul təklif edirlər.

Ötən gün isə daha bir iddia yayılıb. Bildirilir ki, hər bir koronaviruslu xəstə aşkar edən tibbi personala 3000-6000 manat məbləğində pul verilir, buna görə də tibb personalı bu "pripiska”larda maraqlı olur.

Mumtv.az bildirir ki,məsələ ilə bağlı Axar.az-a danışan tibb üzrə professor Adil Qeybulla bildirib ki, belə bir fakt varsa, müvafiq orqanlar tərəfindən araşdırılmalıdır:

"Həkimlərin öz maraqlarına görə bu addımı atması inandırıcı görünmür.

Koronavirusla mübarizə aparan həkimlərin maaşlarının artırılması ilə bağlı Prezidentin müvafiq sərəncamı var. İstər bir xəstə olsun, istər beş xəstə - neçəsinin ölüb, neçəsinin sağ qalmasından asılı olmayaraq, həkimlərin maaşları ilə bağlı bu qərar verilib. Yəni həkimin bu artırılmış maaş almaq üçün belə bir addım atması inandırıcı deyil. Söhbət hansısa statistikadan da gedə bilər, ancaq bu da məntiqli görünmür”.

A.Qeybullanın sözlərinə görə, rəqəmləri bilərəkdən şişirtmək dövlət qurumlarının da xeyirinə deyil:

"Mən də bu şayiələri eşitmişəm, ancaq inanmıram. Əgər bu cür söz-söhbətlər varsa, araşdırılması vacibdir. Jurnalist araşdırması da aparılmalıdır. Hansı ailə iddia edirsə ki, ona belə təklif gəlib, bu barədə danışsın. Müvafiq orqanlar məsələnin üzərinə düşməli və araşdırmalıdır. Öyrənilməlidir ki, burada məqsəd nədən ibarətdir. Çünki bu addımın məqsədi məlum deyil”.

Respublikanın Baş infeksionisti, Operativ Qərargahın üzvü Cəlal İsayev isə bildirib ki, bu cür şayiələrə fikir vermək lazım deyil:

"Bu, şayiədir və belə bir şey ola bilməz. Hansı həkim gördüyü işin üstündən xətt çəkər? Həkimlərimiz o vəziyyətdir ki, belə bir işə əl atırlar? Bu faktın heç araşdırılmasına da ehtiyac yoxdur. Ortada belə bir şey yoxdursa, nəyi araşdırsınlar? Azərbaycanda belə bir hadisə baş verməyib”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın sözlərinə görə, digər xəstəlikdən ölən şəxslərin koronavirusdan ölmüş kimi qeydiyyata alınması müqabilində onların yaxınlarına bəzi həkimlərin pul təklif etmələri haqda onlara da məlumat daxil olub:

"Amma konkret fakt göstərilmədiyi üçün bu məlumatları araşdıra bilməmişik. Bu məlumatlar sosial şəbəkələrdə status şəklindədir. Bununla bağlı özüm də həmin şəxslərə müraciət etmişəm, amma bizə nə ad verilib, nə də ölən adamla bağlı məlumat. Ona görə də bunu şayiə adlandırmaq daha doğru olar”.

Zəruri olaraq qeyd edək ki, ölən doğmasına görə belə bir təklifi şəxsən aldığını iddia edən hələlik heç kim yoxdur. Bütün iddialarda "kiminsə tanışı yaxın adamına belə bir təklif gəldiyini” deyir.

Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər