Gündəm
Gündəm / Cəmiyyət
Koronaviruslu xəstələrə sərf olunan vəsaitin məbləği açıqlandı
Azərbaycanda koronavirusa yoluxmuş ən yüngül və ağır xəstəyə sərf olunan vəsaitin məbləği açıqlanıb.
Modern.az-dan aldığımız məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, xəstələrə xərclənən vəsait 80-150 manat arasındadır:
"Yüngül xəstələrə 80 manat, ağır xəstələrə 150 manat sərf edilib. Bu, mart ayı üçün hesablanmış məbləğdir. Bura xəstələrin qidalanması, müalicəsi, həkimlərin əməkhaqqı və s. aiddir”.