Gündəm

Naxçıvanda tibbi sığorta soyğunu:
MUMtv.az: - "Son zamanlar Naxçıvanda özbaşınalıq həddini aşıb. Hər kəsdən qanunsuz pul yığılır, şikayətçilərin dərdini dinləyən isə yoxdur”.

Ovqat.com-a Muxtar Respublikadan ünvanlanan şikayət məktubunda belə deyilir.

Şikayətçinin bildirdiyinə görə, "əli pula çatan” hər kəsdən qanunsuz "haqq” tələb olunur. İmkanı olmayanların isə bu "mükəlləfiyyətləri” maaşlarından çıxılır.

"Ən acınacaqlı vəziyyət isə Muxtar Respublikanın səhiyyə sistemində hökm sürür. Həkimlər elə acımasız istismara məruz qalırlar ki, bir çoxları işləmək istəmirlər. Bu gedişlə xəstəxanalarda həkim qalmayacaq”, - şikayətçi bu iddiadadır.

Naxçıvanda tibbi sığorta soyğunu:

Bildirildiyinə görə, tibbi sığorta Naxçıvanda sözün həqiqi mənasında mənimsəmə vasitəsinə çevrilib: "Hər kəsə tibbi sığorta adıyla 2000-3000 manat yazılır və heç kimə bu pul verilmir. Ümumiyyətlə, tibbi sığorta Muxtar Respublikanın kasıb əhalisinin başında çatlayıb. Halbuki, hər kəs tibbi sığortaya keçmək xəbərini eşidəndə sevinmişdi. Tibbi sığortanın gətirdiyi yeganə dəyişiklik isə qiymət artımı oldu. Əvvəl UZİ-yə 10 manat verilirdisə, indi onun qiyməti rəsmən 30 manata yüksəlib. Əhali əvvəl bu qiymət artımına əhəmiyyət vermirdi. Necə olsa, tibbi sığorta yolu ilə ödənəcəkdi deyə düşünürdü. Lakin, necə deyərlər, sən saydığını say, gör, "xan” nə sayır; indi tibbi sığorta adı çəkiləndə Muxtar Respublikanın xəstəxanalarında heç bir avandanlıq işləmir. İnsanlardan məcburi nəğd ödənişlər tələb olunur. Şikayətçilər dəfələrlə Ali Məclisə getsələr də, onların qarşısına adətən Vasif Talıbovun Birinci müavini Azər Yadulla oğlu Zeynalov çıxır. Azər müəllim isə insanlarla kobud rəftar edib qorxudaraq yola salır. Xəstələr məcburən nəğd ödənişlə müayinə olunurlar. Onlardan həm də tibbi sığorta ödənişi çıxılır. Yəni Naxçıvanın səhiyyə sistemi indiki məzənnə ilə ikiqat, köhnə məzənnə ilə 6 qat qazanır”.

Şikayətçi iddia edir ki, artıq Naxçıvanda hər kəs köhnə səhiyyə sisteminin – "sığortasız günlərin” nostalgiyasını yaşayırlar. Şair demişkən:

"O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim”.



İddialara inansaq, ən acınacaqlı vəziyyət Naxçıvanın Respublika xəstəxasında yaşanır: "Xəstəxananın yeni təyin olunan baş həkimi Bağırov Zəbur David oğlu MR Səhiyyə nazirinin yaxın qohumudur. 2018-ci ildə bu vəzifəyə təyin olunub. Ötən il keçirilən Ali Məclisə seçkilərdə 38 saylı dairəsindən deputat mandatı ilə mükafatlandırılan Zəbur həkim üzərindən az keçməmiş Səhiyyə nazirinin 69 saylı əmr ilə yaradılan Tibbi Şuranın rəhbərliyinə gətirildi. Bir sözlə, Naxçıvanın bütün səhiyyə sisteminin taleyi cəmi 35 yaşı olan bu gənc adama həvalə edilib. O da özünü hakimi-mütləq kimi hiss edib müştəri gözüylə baxdığı xəstələrlə ürəyi istədiyini davranır”.

Şikayətçinin yazdığına görə, Muxtar Respublika səhiyyəsinin ən strateji nöqtəsi - yeganə MRT aparatı da "doğma” əllərdədir: "Baş həkim MRT aparatının başına öz bacısı Zəburə xanımı gətirib. O da tibbi sığorta kağızı ilə müraciət edənləri üzünə belə baxmaq istəmir. Əlində də yaxşı bəhanəsi var: "Adam çoxdur, get, 4 aydan sonra gələrsən”. Yəqin razılaşarsınız ki, MRT-yə gələn xəstəyə belə bir söz demək onu gedər-gəlməzə göndərməyə bərabərdir”.

Naxçıvanda tibbi sığorta soyğunu:

Şikayətçi onu da bildirib ki, ölkə başçısının Naxçıvana axırıncı səfərindən sonra Muxtar Respublikadakı korrupsioner rejim sanki daha da dirçəlib. "Görünür, bu zamanadək qələmlərinin qırılmaq üzrə olduğunu düşünən Muxtar Respublika hakimiyyəti ölkə başçısının səfərini yanlış anlayıb və bu səhv qənaətdən daha da həvəslənib. Həm də insanların son ümid yeri kimi baxdıqları ünvandan xeyir-dua aldıqları kimi qorxulu fikir formalaşdırmağa çalışırlar”.

Ovqat.com

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər