Gündəm

Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun "mebel oyunu"...

MUMtv.az: - Ölkənin əsas iqtisadi gəlirlərinin özəyini təşkil edən sahələrdən biri də Gömrükdür ki, burda uzun illərdir vəziyyət ürəkaçan deyil. Ölkə rəhbərliyinin post müharibə dövründə iqtisadi göstəricilərin güclənməsinə çalışması ilə yanaşı bu sahədə olan problemlərin hələ də hökm sürməsi sözün əsl mənasında əksmütənasiblik təşkil edir.

Bütün sahələrdə aparılan kadr və struktur islahatları, yeni sistemlərin tətbiqi və sairə hallar Gömrük sistemindən yan keçir və köhnə sistem - süründürməçilik, artıq qiymət, monopoliya kimi əks təsirli faktlar hələ də qalmaqdadır və güclənməkdədir.

Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun "mebel oyunu"...


Ümumiyyətlə, iqtisadi inkişafın əsas göstəricisi ƏDV-dir. Bildiyimiz kimi, əlavə dəyər vergisi həm daxili istehsaldan, həm də idxaldan toplanır. İdxaldan olan ƏDV bu illər ərzində 2,5 dəfə artıb, ancaq ölkənin daxilində toplanan ƏDV təqribən 10 faiz azalıb. Hökumətin apardığı gömrük siyasəti daxili istehsalı qorumaq baxımından hədəfinə çatmayıb. Həm də, vətəndaşlar müxtəlif mallar aldıqda görürlər ki, həmin malların əksəriyyətinin 70-80 faizi daxildə deyil, xaricdə istehsal olunub. Bütün bunlar onu göstərir ki, gömrük orqanlarının əsas funksiyası olan daxili istehsalı stimullaşdırmaq, qorumaq hədəfi yerinə yetirilməyib.

Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun "mebel oyunu"...


İkinci bir məsələ fiskal siyasətlə bağlı olan hissədir. Bildiyimiz kimi, ölkədə fiskal siyasəti Vergilər Xidməti aparır. Gömrük Komitəsinin topladığı vəsaitlərin təqribən 78 faizi idxaldan olan ƏDV, aksiz vergisi və yol vergisidir. Adından da gördüyümüz kimi, bunlar hamısı vergilərdir və bu vergilər gömrük orqanlarının topladığı vəsaitlərin strukturunda təqribən 78 faizdir. Vergini iki qurum toplamamalıdır. Vergi və fiskal siyasət eyni mərkəzdən aparılmalıdır.

Aparılırmı və ya sualı başqa formada qoysaq bu siyasətin aparılmasına kimlər və necə mane olur?

Ötən günlərdə silsilə olaraq xarici istehsal olan mebellərin ölkə gömrüyündə hansı formada və hansı yollarla rəsmiləşdirildiyi barədə məlumat vermişdik. Bir daha qısaca olaraq deyək ki, bu bahalı məhsullar Bakı Baş Gömrük İdarəsində rəhbər şəxslərin dəstək və köməyi ilə alışı çox aşağı qiymətə göstərilməklə rəsmiləşdirilir və nəticədə ortaya cox ciddi hallar çıxır...



1. Ölkə büdcəsinə küllü miqdarda ziyan vurulur
2. Yerli istehsal çökdürülür
3.Bu işlə məşğul olan diğər sahibkarların bazardan çıxarılması prosessi sürətləndirilir.


Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun "mebel oyunu"...


Dövlət Gömrük Komitəsi strukturuna daxil olan Bakı Baş Gömrük İdarəsi və onun rəhbəri Kənan Məmmədov sələflərinin yolunu davam etdirir və bu işin sürətlənməsinə hər vəchlı çalışır, öz şəxsi büdccəsini böyüdür.

Ölkəyə mebel idxal edən milyonluq dövriyyəyə malik şəxs və şəxslər, Gömrük rəsmiləri ilə əl-bir olan sahibkarlar 100 min manatlıq mebelləri ölkə gömrüyündə 10-15 min manata rəsmiləşdirirlər. Nəticədə qəpik-quruş vergi yaranır ki, ƏDV sıfıra endirlir, büdəcnin beli qırılır.

Bakı Baş Gömrük İdarəsindəki mebel oyunu hələ də davam edir və İdarə rəisi Kənan Məmmədov sükanı daha da bərk tutmaqla yeni metod və sistemləri işə salaraq qanunsuz fəaliyyət göstərən şirkətlərin sayının çoxalmasına şərait yaradır. Kənan Məmmədov özünə lazım olan vəziyyəti stimullaşdırmaq üçün yaxın qohumu Sənan adlı şəxsin və diğərlərinin əməyindən məharətlə istifadə edir. Bu barədə dəfələrlə yazılsa da, prosessin qarşısı alınmır və bu şəxslər heç də narahat görünmürlər.

Təbii ki, bunlar hamısı qeyri-şəffaf idarəetməyə gətirib çıxarır. Dövlətin vəzifəsi vətəndaşın daha yüksək rifahını təmin etməkdir. Ancaq gömrük siyasəti dövlətin bu siyasətini ciddi şəkildə zədələyir və zədələməkdə davam edir.Bizimxeber.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər