Dünya

Ermənistan xarici borc tələsinə düşüb

Beynəlxalq Valyuta Fondu Ermənistan Respublikasının xarici borcunun yüksək həddə olduğu qənaətindədir.

Mumtv.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadla xəbər verir ki, 2019-cu ilin sonuna Ermənistan Respublikasının xarici borcu 11,4 milyard ABŞ dolları təşkil edib ki, bunun da 5,8 milyard ABŞ dolları xarici dövlət borcudur. Ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula (bundan sonra – ÜDM) nisbəti 42,5 faiz, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 1900 ABŞ dolları olub. 

İİTKM-in hesablamalarına görə, Ermənistanda xarici borcla bağlı göstəricilərin cari ildə daha da pisləşəcəyi proqnozlaşdırılır. Buna səbəb kimi Covid-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi, büdcə kəsrinin böyüməsi və milli valyutanın ucuzlaşması ilə bağlı gözləntilərin artması göstərilir. Qeyd edək ki, 2020-ci ilin ikinci rübündə rüblük iqtisadi artım ötən ilin müvafiq dövrünə nəzərən 13,7 faiz azalıb. Bunun nəticəsi olaraq vergi yığımları azalmış, iqtisadi aktivliyi dəstəkləmək üçün büdcə xərcləri artırılıb ki, bu da büdcə kəsrinin ÜDM-ə nisbətinin 2,25 faizdən 5 faizədək böyüməsinə səbəb olub. Büdcə kəsrinin böyüməsi yeni borcların cəlb edilməsini şərtləndirmişdir. 2020-ci ilin I yarımilində birbaşa xarici dövlət borcu 175 milyon ABŞ dolları artıb. 

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından sonra dövlətin xarici borc yükünün daha çox artacağı gözlənilir. Belə ki, Ermənistan Maliyyə Nazirliyinin yenilənmiş proqnozlarına əsasən hərbi xərclərin artırılması ilə cari ildə dövlət büdcəsinin kəsrinin ÜDM-ə nisbəti 7,4 faiz təşkil edəcəkdir. Dövlət büdcəsinin kəsrinin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu isə xarici dövlət borcu hesabına hərbi xərclərin maliyyələşdirilməsi və militarist iqtisadiyyatın formalaşdırılması deməkdir. 

Beynəlxalq Valyuta Fondu məzənnə riskinə görə xarici dövlət borcunun səviyyəsinin yüksək olmasından narahatdır. Fond tərəfindən qeyd edilir ki, milli valyutanın ucuzlaşması xarici dövlət borcu ilə bağlı göstəricilərin pisləşməsinə, o cümlədən dövlət borcuna xidmət xərclərinin əhəmiyyətli dərəcədə artımına səbəb ola bilər. Hesablamalara görə, milli valyutanın real effektiv məzənnəsinin 30 faizlik ucuzlaşması ölkənin xarici borcunu ÜDM-in 115 faizinə çatdıra bilər. 

Xarici dövlət borcunun yüksək olması ölkənin reytinqlərinə mənfi təsir göstərən amillərdəndir. Ermənistan 2019-cu ildə dərc olunan "Qlobal Rəqabətlilik Hesabatı”nda dövlət borcu indikatoru üzrə 141 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Ümumiyyətlə, Ermənistanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti region ölkələri ilə müqayisədə yüksəkdir. Belə ki, 2019-cu ildə sözügedən göstərici Ermənistanda 42,5 faiz olduğu halda, Gürcüstanda 32,3 faiz, Ukraynada 29 faiz, Belarusda 27,1 faiz, Moldovada 14,4 faiz və Qazaxıstanda 6,9 faiz təşkil edib. 

İİTKM-dən bildiriblər ki, xarici borcun yüksək həddi ölkənin gələcəkdə xarici maliyyə bazarlarından yeni vəsaitlər cəlb edilməsini çətinləşdirə və həmin vəsaitlər üzrə tətbiq ediləcək faiz dərəcələrinin artımına səbəb ola bilər. Ortamüddətli dövrdə ölkənin xarici vəsaitlərə olan tələbinin yüksək olaraq qalacağını nəzərə aldıqda xarici maliyyə bazarlarına əlverişli şərtlərlə çıxış imkanlarının qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir. 


Son xəbərlər

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Bütün xəbərlər