Gündəm
Gündəm
Gömrük Komitəsi üç yeni elektron xidmətin tətbiqinə başlayır
Dövlət Gömrük Komitəsi (DGK) vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən sürətli keçidi üzrə üç yeni elektron xidmətlərin tətbiqinə başlayır.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən təlimdə Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.
"Elektron xidmətlərdən biri "elektron növbə” sistemidir. Bu sistem vasitəsilə elektron şəkildə qeydiyyatdan keçmiş şəxs və nəqliyyat vasitəsi növbəsi müəyyən olunmuş vaxtda qapılara yaxınlaşır və növbəsiz gömrük buraxılış məntəqəsinin ərazisinə daxil olur. Amma məntəqə daxilində növbə varsa, o növbəni gözləmək lazımdır. Bu sistem yaxın günlərdə istifadəyə veriləcək