Gündəm

Azərbaycanda devalvasiyanın ilk göstəricisi ortaya çıxıb: Manat dəyərdən düşəcək?
MUMtv.az: - Bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,6 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, aprelin 1-i ilə müqayisədə 0,12 bənd az, yanvarın 1-nə nisbətən 0,03 bənd çox, ötən il mayın 1-i ilə müqayisədə isə 0,48 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib.

Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Ümumilikdə ölkədə manatın dövretmə sürətində müşahidə edilən hazırkı vəziyyət nə ilə bağlıdır və devalvasiya gözləntisi varmı?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirdi ki, manatın dövriyyə sürətinin azalması iqtisadi aktivliyin azalması ilə əlaqədardır:



"Yəni Azərbaycanda ötən ildən başlayaraq pandemiya dövründə çoxlu sayda qapanmaların olması, bu gün də bir çox sahələrin açıq olmasına baxmayaraq, tam iqtisadi aktivliyin bərpa edilməməsi, bəzi sahələrin hələ də qapalı qalması iqtisadi aktivliyin zəifləməsi ilə nəticələndi.

Heç də təsadüfi deyil ki, rəsmi rəqəmlərə əsasən, ÜDM keçən il 4, 2 faizə yaxın azalıb. Bu ilin ilk rübündə də azalma müşahidə edilir. Yalnız aprel ayında ÜDM-də pozitiv dinamika müşahidə edildi, ancaq bu da yetərli deyil.

Hələ o mənfi səviyyədən çıxmamışıq. Yəni ÜDM-nin, iqtisadi aktivliyin azalması, iqtisadiyyatın dövriyyəsinin özünün zəifləməsi manat kütləsinin dövriyyəsinin də zəifləməsi ilə nəticələnir".

Maarqlıdır, bu, növbəti devalvasiyaya səbəb ola bilərmi?

İqtisadi nəzəriyyəyə görə, bu, devalvasiyanın göstəricilərindən biri kmi görünür:

"Ancaq Azərbaycanda məzənnə inzibati qaydada tənzimləndiyindən, yəni burada iqtisadi qanunlar yox, siyasi qərarlar və inzibati tənzimləmələr rol oynayır. Ona görə də məzənnə məsələsi ilə bağlı qərar inzibati qaydada veriləcək və siyasi qərarlar olacaq. İndiki şəraitdə məzənnə ilə bağlı hansısa dəyişikliyin olmasını gözləmirəm. Çünki indiki iqitisadi aktivliyin zəifliyi dövründə məzənnə ilə bağlı hansısa konkret qərarın verilməsi mümkün görünmür. Həm də son zamanlar neft qiymətlərinin Azərbaycan üçün kifayət qədər rahat və konfortlu bir zonada, 68-69 dollar civarında olması, ümumilikdə ilin əvvəlindən orta qiymətin 60 dollardan yuxarı olması ölkə üçün rahat şərait yaradıb. Ona görə də düşünmürəm ki, manatın dövriyyəsinin azalmasını göstərən son statistika devalvasiya üçün hanısa bir əsas yaratsın".// dia.az

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər