Gündəm

İsveçrənin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Ticarət Palatasının internet səhifəsində "Azərbaycandakı islahatlar İsveçrə şirkətlərinə nə vəd edir?” başlıqlı məqalə dərc edilib.
Məqalədə qeyd edilib ki, Azərbaycanda geniş vüsət alan struktur və iqtisadi islahatlar 2019-cu ildə pik həddə çatıb, dövlət idarəçiliyində gəncləşmə siyasəti aparılıb, hakimiyyət qurumları yenidən formalaşdırılıb. Ölkə Parlamenti də bu islahatlardan kənarda qalmayıb və qanunverici orqanın islahatların artan sürətinə uyğunlaşması üçün ölkədə növbədənkənar parlament seçkiləri elan olunub.
 
Vurğulanıb ki, 2020-ci il fevralın 9-da keçirilən Parlament seçkilərində 125 mandat uğrunda 1300 namizəd mübarizə aparıb ki, bu da seçkilərin yüksək rəqabət şəraitində keçdiyinə dəlalət edir. Seçkilərin xalqın iradəsini əks etdirdiyi və yeni Parlamentdən ölkədə islahatlar prosesini daha da sürətləndirəcəyinin gözlənildiyi qeyd edilib.
 
Məqalədə daha sonra qeyd olunur ki, aparılan islahatlar nəticəsində Azərbaycanın ÜDM-i 2019-cu ildə 2.2% artıb, qeyri-neft sektorunda artım isə 3.5% olub. İnflyasiyanın 2.6% səviyyəsində qalması, strateji valyuta ehtiyatlarının isə 6.4 milyard artaraq 51 milyard ABŞ dollarına çatdığı bildirilib. Vergi və gömrük sektorlarında aparılan islahatlar sayəsində 2019-cu ildə büdcəyə vergi gəlirlərinin 3.5% artdığı vurğulanıb.
 
Azərbaycanda aparılan islahatların beynəlxalq təşkilatların da diqqətindən qaçmadığı qeyd edilib. Dünya Bankının "Doing Business 2019” hesabatının Azərbaycanı dünyanın 20 aparıcı islahatçısı siyahısına daxil etdiyi, Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik hesabatında isə Azərbaycan 11 pillə irəliləyərək 58-ci pilləyə yüksəldiyi bildirilib.
 
Sonda Azərbaycanda aparılan islahatların İsveçrə şirkətləri üçün də böyük imkanlar açdığı qeyd edilərək, "Stadler Rail” və "Holcim” kimi şirkətlərin uğur hekayələrinin digər İsveçrə şirkətlərini də siyasi cəhətdən sabit və iqtisadi cəhətdən imkanlarla zəngin olan Azərbaycana diqqət yetirməyə həvəsləndirməli olduğu vurğulanıb.

Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər