Dünya

Ermənistanın spirtli içkilər istehsalında böhran yaşanır
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Ermənistanın emal sənayesinin aparıcı sahələrindən biri spirtli içkilər istehsalıdır. Hazırda üzüm şərabları və digər spirtli içkilər istehsalı bu ölkənin iqtisadiyyatında əsas drayver sektorlardan hesab edilir. 2019-cu ildə içkilər, o cümlədən spirtli içkilər üzrə ixracın həcmi 293 milyon ABŞ dolları olub ki, bu da ümumi ixracda 11 faizi təşkil edib.  Beləliklə, Ermənistanda ixracın həcminə görə iqtisadiyyatın bu sektoru 4-cü yerdə qərarlaşıb və buna görə də ölkəyə əsas valyuta gətirən sahələrdən biri hesab edilir".

Mumtv.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn bildirib.

O qeyd edib ki, 2019-cu ildə Ermənistandan əsasən 220820 kodu üzrə 246 milyon ABŞ dolları dəyərində üzüm çaxırının və ya üzüm puçalının distillə edilməsindən alınan spirtli içkilər (konyak, qrappa, brendi və digərləri) ixrac edilib:

"Ermənistanda istehsal olunan şərab və digər alkaqollu içkilərin əsas hissəsi (2019-cu ildə 75,1 faizi) ənənəvi olaraq Rusiya Federasiyasına ixrac edilir. Bununla yanaşı digər ixrac bazarlarına Ukrayna, Belarus, ABŞ, Çin, İsveçrə, Polşa, Fransa, İtaliya aiddirlər. Ermənistanın alkoqollu içkilər sənayesi davam edən koronavirus (COVID-19) pandemiyasından ciddi şəkildə zərər çəkmişdir və 2020-ci il üzrə bu sənayenin inkişafında mənfi bir tendensiya yaşanır. Ermənistanın Azərbaycana qarşı bu ilin sentyabr ayının 27-də başladığı hərbi təcavüz və Azərbaycan ordusunun əks-həmlə ilə düşməni geri oturtması həm də bu ölkənin emal sektoru üçün ciddi problemlər yaradıb. 2020-ci ilin 7 ayı ərzində Ermənistanın şərab isehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz azalıb. Müharibənin təsiri ilə bu böhran daha da dərinləşir. Təbii ki, bu sektorda geriləmə ixracın azalması ilə yanaşı ölkəyə gələn birbaşa xarici investisiyanın da azalmasına gətirib çıxaracaqdır. Belə ki, ekspertlərin fikrinə görə şərabçılıq və digər alkaqollu içkilərin istehsalı Ermənistanda əsas investisiya imkanları olan 5 sahədən biridir".

Direktor müavininin qənaətincə, hazırkı vəziyyət ona dəlalət edir ki, Ermənistanda şərab və digər alkaqollu içkilərin istehsalının həcminin bərpa edilməsini hələ uzun müddət ərzində mümkünsüz olacaqdır: "Bu geriləmə nəticəsində Ermənistan həm də xarici bazarlardakı mövqelərini itirəcəkdir.  Onu da qeyd etmək yerinə düşər ki, bu sahədə baş verən istənilər geriləmə o cümlədən bu sahəni əsas aralıq məhsul ilə təmin edən üzümçülük sahəsinə də mənfi təsir göstərir. Belə ki, üzümçülük məhsullarına tələb azalır və bu da fermərlərin gəlirlərinin azalmasına gətirib çıxaracaqdır. Nəzərə alsaq ki, Ermənistanda kasıb əhalinin önəmli hissəsi kənd yerlərində yaşayır,  fermerlərin gəlirlərinin azalması öz növbəsində kənd yerlərində kasıblıq həddinin artmasına gətirib çıxaracaqdır. Bir sözlə, Ermənistanın işğalçı siyasətinin mənfi təsirlə bu ölkədə iqtisadiyyatın bütün sahələrində özünü göstərir. Bu isə ondan xəbər ki. Ermənistanın uzunmüddətli müharibə aparmağa nə resursu, nə də iqtisadi gücü var".

Ermənistanın spirtli içkilər istehsalında böhran yaşanır

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər