Gündəm

Nazirlikdən saxta vaksin sertifikatı alanlarla bağlı AÇIQLAMA
 
MUMtv.az: - "Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır. Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Amma təəssüf ki, son vaxtlar saxta peyvənd sertifikatının verilməsi faktları da artıb. Bu isə yoluxma hallarının artmasına, bununla yanaşı, dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulmasına səbəb olur. Digər tərəfdən, peyvənd əleyhinə elmi əsası və sübutu olmayan fikirlərin yayılmasına gətirib çıxarır".

Bu fikirləri Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov saxta vaksin sertifikatı barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, dövlət başçısının beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkədə vaksin ehtiyatı yaradılıb. Vətəndaşların seçim imkanı var. Saxta peyvənd sertifikatı verənlər isə pandemiya ilə mübarizədə görülən işlərə zərbə vurur. Saxta sertifikat alandan sonra virusa yoluxanlar, o cümlədən vəziyyəti ağırlaşanlar statistikada "peyvənd olunmuş” kimi qeyd edilirlər. Bu da insanlar arasında peyvəndə qarşı inamsızlıq yaradır. Halbuki, peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır.

"Hüquq-mühafizə orqanları saxta peyvənd sertifikatı satanlara qarşı sərt tədbirlər həyata keçirirlər və bu barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. Vətəndaşlar da belə hallarla rastlaşdıqda bu barədə müvafiq dövlət qurumlarına məlumat verməlidirlər. Bu saxtakarlıq bizim hər birimizin sağlamlığı üçün təhlükə yaradır”,- deyə Abubəkirov əlavə edib.

Şöbə müdiri qeyd edib ki, saxta sertifikat alanlar da satan tibb işçiləri qədər məsuliyyət daşıyırlar, çünki cəmiyyətə qarşı təhlükə törədirlər, insanların inamını azaldırlar: "Buna görə də təkcə saxta sertifikat verən tibb işçiləri deyil, alan vətəndaşlar da cəzadan kənarda qalmamalıdırlar. Üstəlik, həmin insanlar KİV vasitəsi ilə də cəmiyyətə tanıdılmalıdır. Hamı bilməlidir ki, nə qədər çox insan peyvənd alsa, xəstəliyə yoluxanların sayı da bir o qədər az olacaq”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər