Gündəm
Gündəm / Sosial / Səhiyyə
Ölkədə yoluxma halları niyə artır? - AÇIQLAMA
"Ölkədə peyvəndlənmə gedirsə, niyə yoluxma halları artır? Cavab sadədir, çünki vaksinasiya olunanların sayı azdır”.
MUMtv.az Sfera.az-a istinaən bildirir ki, bunu tanınmış həkim Vaqif Qarayev deyib. O bildirib ki, ölkə əhalisinin 80 faizi vaksinasiya olunsa, rahat nəfəs almaq olar.
"Təkcə bizdə yox, bütün dünyada. Ona görə son qərarda 80 faiz məsələsi xüsusi qabardılır. Amma kasıb ölkələrin vaksin ala bilməməsi çox təhlükəli mənzərə yaradacaq. İndiki qlobal dünyada ya gərək gediş-gəliş qadağan olunsun (bu variant mümkünsüz görünür), ya da bütün ölkələrin vaksinlə təmin olunması reallaşdırılsın”, - deyə mütəxəssis əlavə edib.